“NATO bölgəmizə ordusunu yerləşdirməyə çalışır” – Zahid Orucdan XƏBƏRDARLIQ  

“NATO bölgəmizə ordusunu yerləşdirməyə çalışır” – Zahid Orucdan XƏBƏRDARLIQ  

Hazırda oxunan: “NATO bölgəmizə ordusunu yerləşdirməyə çalışır” – Zahid Orucdan XƏBƏRDARLIQ  

98594

“10 noyabrda Qarabağa ordu yeridə bilməyən qüvvələr indi başqa yolla buna nail olmağa çalışırlar”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc səsləndirib.

“Yaxın dövrlərdə Azərbaycana qarşı Avropanın bəzi parlamentlərində bəyanatların qəbul edilməsinə səbəb, xarici qüvvələrin hərbi kontingentini sərhədlərimizə gətirmək niyyətlərinə qarşı çıxmağımızdır. O zaman dağıdılan rayonlarımızı görməyən qüvvələr, indi ordularını Göyçə dağlarına yığmağı hədəfləyir.

Onların sülhpərvərliyinə inanmırıq. Onlar tezliklə burada NATO kontingentini yerləşdirməyə çalışırlar. Planları məhz budur”, - deyə Zahid Oruc əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO