Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib.
Bizim.Media xəbər verir ki, nazir bu barədə rəsmi “Twitter“ hesabında qeyd edib.
“2022 Ampute Futbol Dünya Kubokunda finalda qalib gələn #Türkiye Ampute Futbol Milli Komandasını bu uğur münasibəti ilə təbrik edirik. Gələcəkdə də bu uğurların davamının gələcəyinə səmimi qəlbdən inanırıq”,- deyə XİN rəhbəri bildirib.
Bizim.Media
2022 Ampute Futbol Dünya Kubokunda finalda qalib gələn #Türkiye Ampute Futbol Milli Komandasını bu uğur münasibəti ilə təbrik edirik. Gələcəkdə də bu uğurların davamının gələcəyinə səmimi qəlbdən inanırıq. pic.twitter.com/qmtxlhH5b7
— Jeyhun Bayramov (@bayramov_jeyhun) October 10, 2022