“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiqlənib.
Bizim.Media xəbər verir ki, bununla bağlı müvafiq qanunu Prezident İlham Əliyev imzalayıb.
Habelə, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiqlənib.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiq edilib.
Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiqlənib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:02 / 10.10.2022
Azərbaycanla Özbəkistan hərbi əməkdaşlıq edəcək – Prezidentdən SƏRƏNCAM
Hazırda oxunan: Azərbaycanla Özbəkistan hərbi əməkdaşlıq edəcək – Prezidentdən SƏRƏNCAM
Hazırda oxunan: Azərbaycanla Özbəkistan hərbi əməkdaşlıq edəcək – Prezidentdən SƏRƏNCAM
98494
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.