Oktyabrın 12-13-də Astanada Asiyada Qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin sammiti, MDB sammiti və Rusiya-Mərkəzi Asiya sammiti keçirəcək.
Bizim.Media Tengrinews.kz saytına istinadən xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Xarici İşlər Nazirliyi yayıb.
"Tədbirlərdə 11 ölkənin prezidenti iştirak edəcək. Bunlar Azərbaycan, İraq, İran, Qətər, Qırğızıstan, Fələstin, Rusiya, Tacikistan, Türkiyə və Özbəkistandır. Vyetnamın vitse-prezidenti, Çin Xalq Respublikasının isə vitse-prezidenti gələcək”. Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov Astanada keçirdiyi brifinqdə belə deyib.
Onun sözlərinə görə, Belarus prezidenti Aleksandr Lukaşenkonun Müşavirənin müşahidəçi qismində iştirakı nəzərdə tutulub.
Bundan başqa, MDB sammitində Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan liderləri iştirak edəcək.
Akorda nəşri prezident Kasım-Jomart Tokayevin iştirakı ilə keçiriləcək beynəlxalq tədbirlərin anonsunu dərc edib.
Oktyabrın 11-12-də Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, oktyabrın 12-13-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, oktyabrın 15-də Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov Qazaxıstana səfər edəcək.
Asiyada Qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin VI sammiti oktyabrın 13-də, Müstəqil Dövlətlər Birliyinin sammiti və “Rusiya - Mərkəzi Asiya” sammiti oktyabrın 14-də baş tutacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:03 / 10.10.2022
İlham Əliyev MDB ölkələrinin Astanada keçiriləcək sammitində iştirak edəcək
Hazırda oxunan: İlham Əliyev MDB ölkələrinin Astanada keçiriləcək sammitində iştirak edəcək
Hazırda oxunan: İlham Əliyev MDB ölkələrinin Astanada keçiriləcək sammitində iştirak edəcək
98461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.