“Biz güclü erməni diasporu ilə üz-üzəyik. Ona görə də erməni cəlladlarını beynəlxalq miqyasda məsuliyyətə cəlb etməyimiz problemli görünür”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda millət vəkili Qüdrət Həsənquliyev səsləndirib.
“Bizim yüksək ixtisaslı nümayəndələrimiz ciddi çalışdıqda nəticəyə nail olmaq olur.
Eyni zamanda, xaricdə təhsil proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində yalnız fundamental elmlər üzrə tələbələrimiz təhsil alırlar. Sanki bizə beynəlxalq miqyasda yüksək ixtisaslı hüquqşünaslar, jurnalistlər lazım deyil. Nə üçün Bakıda ingilis dilində tədris aparan humanitar sahədə ixtisaslaşmış universitet yaradılmır?”, - deyə deputat əlavə edib.
BAXCP sədri qeyd edib ki, erməni diasporu ilə mübarizə apara biləcək daha güclü dövlət qurub, erməni cəlladlarını məsuliyyətə cəlb etmək istəyiriksə, onların iş prinsiplərini öyrənməliyik:
“Yalnız bu hallarda güclü dövlət qurmaqla haqq-ədaləti bərpa edə, o cümlədən ordumuzun əldə etdiyi uğurları diplomatik müstəvidə rəsmiləşdirə bilərik”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:59 / 10.10.2022
“Erməni cəlladlarını məsuliyyətə cəlb etmək üçün onların iş prinsiplərini öyrənməliyik” – DEPUTAT
Hazırda oxunan: “Erməni cəlladlarını məsuliyyətə cəlb etmək üçün onların iş prinsiplərini öyrənməliyik” – DEPUTAT
Hazırda oxunan: “Erməni cəlladlarını məsuliyyətə cəlb etmək üçün onların iş prinsiplərini öyrənməliyik” – DEPUTAT
98389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.