44 günlük müharibədən sonra Ermənistanın basdırdığı MİNALARIN SAYI  

44 günlük müharibədən sonra Ermənistanın basdırdığı MİNALARIN SAYI  

Hazırda oxunan: 44 günlük müharibədən sonra Ermənistanın basdırdığı MİNALARIN SAYI  

98377

“10 noyabr bəyanatından bu günə kimi 27590 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda Müdafiə Nazirliyinin Hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov səsləndirib.

“Habelə 2477 tank əleyhinə, 8786 ədad piyada əleyhinə mina, 10310 ədəd partlamamış silah-sursat aşkar olunub, zərərsizləşdirilib. 30 sentyabr 2022-ci il tarixində Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisində 90 ədəd tank, 3287 piyada əleyhinə mina aşkar edilib.  
 Onlardan 2480 ədədi 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır. Mina partlayışları nəticəsində 8 hərbçimiz şəhid olub, 85-i yaralanıb, 20 texnika yararsız hala düşüb. Təbii ki, bu minaların hamısı 44 günlük Vətən müharibəsindən sonra basdırılıb”, - deyə MN rəsmisi əlavə edib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO