Oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı keçirildi. Bu toplantı bir çox maraqlı məqamları və qəbul edilən bəzi qərarlarıyla yadda qaldı. Amma ən çox diqqət çəkən məqam tədbirdə Türkiyə-Azərbaycan birliyinin təntənəsi və bunun Qərbə gözə görünən təsirləri idi. Artıq Qərb Azərbaycanı regionun əsas güc sahibi kimi qəbul edir və onunla hesablaşmaq zorunda qalır.
Zirvə Toplantısında bunu sübut edən bir sıra faktorlar vardı. Onlardan biri də kos-koca Fransanın prezidenti Emmanuel Makronun canfəşanlığı idi.
Toplantının gedişatında Makronun davranışlarını izləyən ixtiyari şəxs görə bilir ki, Fransa lideri sanki Azərbaycan və Türkiyə prezidentlərini izləyir. Onlarla daha çox ünsiyyətdə olmağa çalışır.
Fikrimizin sübutu üçün bir məqamı xatırlatmaq istəyirik. İlham Əliyev, Rəcəb Tayyub Ərdoğan və Paşinyan ayaq üstə söhbət edirlər. Bu zaman, Makron onların ətrafında fırlanır, sanki yaxınlaşmağa cürət etmir. Bu zaman Türkiyə lideri onun qolundan tutub “Makron, sən də söhbətə qoşul” deyir. Və təbii ki, Emmanuel bu dəvəti fötə vermir və liderlərlə söhbətə qoşulur.
Daha bir maraqlı məqam isə tədbir çərçivəsində Emmanuel Makronun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın görüşünə qatılması idi. Zirvə Toplantısından xeyli əvvəl İlham Əliyevin Şarl Mişel və Nikol Paşinyanla birgə görüşünün olacağı bilinirdi. Amma bu siyahıda Makronun adı yox idi. Və necə oldusa görüşdə Makron da iştirak etdi. Görüç qurtarar-qurtarmaz Makron şəxsi “Twitter” hesabında görüş barədə foto paylaşaraq “Qafqazda davamlı sülh üçün” sözlərini yazdı.
Bəs, Makronun Zirvə Toplantısındakı canfəşanlığının səbəbi nə idi?
Birincisi, Fransa Aİ-də Almaniyanın zəifləyən liderlik mövqeyindən istifadə edərək öz maraqlarını reallaşdırmaq məqsədi güdür. Fransa çalışır ki, özünü daha çox Qərbin əsas təmsilçisi və söz yiyəsi kimi təqdim etsin.
İkincisi, erməni diasporundan asılılıq. Məlum olduğu kimi dünyanın ən güclü erməni diasporu Fransadadır. Üstəlik, fransızlar hər zaman, hər yerdə özlərini ermənilərin böyük bacısı kimi təqdim edirlər. Ona görə də Makron bu tədbirdə də çalışdı ki, Paşinyanı tək və məzlum görkəmdə buraxmasın. Sanki, Makron məşhur tamaşadakı kimi “mən də Surxayzadənin dostuyam” demək istəyirdi.
Üçüncüsü, Makron reginda yeni formalaşan gücün Türkiyə-Azərbaycan birliyinin yanında dayanmaq istəyini göstərməyə çalışır. Çünki, yaxın illərdə bizim regionda çox ciddi geosiyasi dəyişikliklər olacaq.
Fransa da çalışır ki, gələcəkdə Azərbaycan və Türkiyə Fransaya ən azından loyal münasibət göstərsin.
Amma bütün hallarda Makron Zirvə Toplantısında çox məzlum görsənirdi. Onun bu görkəmi ancaq Paşinyanın vəziyyətindən bir az yaxşı idi.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:35 / 08.10.2022
Fransa liderinin Praqa sammitindəki canfəşanlığı nəyə hesablanıb? – Makronun SON ARZUSU
Hazırda oxunan: Fransa liderinin Praqa sammitindəki canfəşanlığı nəyə hesablanıb? – Makronun SON ARZUSU
Hazırda oxunan: Fransa liderinin Praqa sammitindəki canfəşanlığı nəyə hesablanıb? – Makronun SON ARZUSU
98124
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.