"ABŞ Cənubi Qafqazda Aİ missiyasının yaradılmasını alqışlayır" - Dövlət Departamenti

Hazırda oxunan: "ABŞ Cənubi Qafqazda Aİ missiyasının yaradılmasını alqışlayır" - Dövlət Departamenti

98092

“ABŞ Cənubi Qafqazda Avropa İttifaqı (Aİ) missiyasının yaradılmasını alqışlayır”. 

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel brifinq zamanı deyib. 

"Biz Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin görüşünü, eləcə də Fransa prezidenti ilə Aİ Şurasının rəhbərinin hərtərəfəli sülh prosesinə təkan vermək cəhdlərini alqışlayırıq.

Biz, xüsusilə, regionda Aİ müşahidəçilər missiyası məsələsində irəliləyişi alqışlayırıq. Bu missiya tərəflər arasında etimadın möhkəmləndirilməsini və dialoqun davam etməsini hədəfləyir", - deyə o bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO