Dünən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə dünyasını dəyişib. Nəyə görəsə siyasi cameədə ASDP liderinin itkisi elə də rezonans doğurmadı.
Bəs, hansı partiya liderləri Araz Əlizadənin dəfn mərasiminə qatılıb?
Məsələ ilə bağlı Bizim.Media bir sıra partiya sədrləri ilə əlaqə saxladı. Əksər partiya sədri Araz bəyin dəfninə qatılmadığını bildirdi.
Fikirləri təqdim edirik:
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı:
“Adətən o adamın yasında iştirak edirsən ki, onunla yaxınlığın, münasibətin olur. Mənim də rəhmətliklə heç bir yaxınlığım olmayıb. Hər zaman məsafə saxlamışam. Ona görə də Araz bəyin yas mərasiminə qatılmamışam. Bir də, o adamın yasını tutursan ki, onun xalq, millət və dövlət qarşısında böyük xidmətləri olub. Çox təəssüf ki, Araz Əlizadə də bu kateqoriyadan olan insanlardan deyildi. Bütün hallarda, Allah rəhmət eləsin!”
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə:
“Bizim onunla yaxınlığımız olmayıb. Ona görə də dəfn mərasiminə qatılmadım. Bircə onu deyə bilərəm ki, Allah rəhmət eləsin!”
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn:
“Xeyr, nə dəfndə, nə də ki, yas mərasimində iştirak etməmişəm. Səbəbsə odur ki, onunla heç bir yaxınlığımız yox idi”.
Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev:
“Səhətimdə problem var. Hazırda müalicə olunuram. Ona görə də heç bir mərasimə qatılmaq imkanım yoxdur. Allah rəhmət eləsin!”
Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə:
“Dəfnində iştirak edə bilmədik. Amma partiyamızın adından rəsmi başsağlığı verdik. Allah rəhmət eləsin!”
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:00 / 08.10.2022
Partiya sədrləri Araz Əlizadənin dəfnində niyə iştirak etməyib? - AÇIQLAMA
Hazırda oxunan: Partiya sədrləri Araz Əlizadənin dəfnində niyə iştirak etməyib? - AÇIQLAMA
Hazırda oxunan: Partiya sədrləri Araz Əlizadənin dəfnində niyə iştirak etməyib? - AÇIQLAMA
98021
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.