“Praqada Ermənistanın siyasi manipulyasiya etmək imkanları buxovlandı” - DEPUTAT

“Praqada Ermənistanın siyasi manipulyasiya etmək imkanları buxovlandı” - DEPUTAT

Hazırda oxunan: “Praqada Ermənistanın siyasi manipulyasiya etmək imkanları buxovlandı” - DEPUTAT

97973

Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda qəbul edilmiş bəyanatda qeyd edilir ki, Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının (Aİ) mülki missiyasının göndərilməsinə razılıq verib. Həmçinin, Azərbaycanla da bu komissiya ilə əməkdaşlığa razılaşdırılıb. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.

Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, Aİ-nin mülki missiyasının göndərilməsi barədə əldə olunan razılıq Ermənistanın siyasi manipulyasiya getməsi imkanlarını buxovlayan bir yanaşmadır:
 

MÖVZU İLƏ BAĞLI:

Dördtərəfli görüşdə sülh danışıqları MÜZAKİRƏ EDİLİB - Prezident AÇIQLADI


“Praqada baş tutan bu danışıqların məntiqi nəticəsi olaraq siyasi bəyanat səsləndi. Həmin bəyanatda ilk dəfə gündəmə gələn bir məsələ yer alıb. Bu Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə mülki missiyasını göndərmək məsələsidir.

Onların bu missiyanı göndərməkdə əsas məqsədləri iki dövlət arasında etimad mühitinin formalaşmasına dəstək vermək, eyni zamanda sərhədlərin delimitasiyası ilə bağlı gedən proseslərin hesabatını hazırlamaqdan ibarətdir. Bu çox önəmli məsələdir. Çünki Ermənistanla delimitasiya məsələsində ola bilsin müəyyən razılaşma əldə edilsin.

Amma növbəti görüşdə İrəvan özünü elə apara bilər ki, sanki belə bir razılaşma ümumiyyətlə yoxdur. Ona görə də Aİ təmsilçiləri, mülki missiya ilk növbədə hesabatlar hazırlayacaq.

Burada da əldə edilmiş razılaşmalar istiqamətində görülən işlər qeyd ediləcək. Aİ-nin mülki missiyasının göndərilməsi barədə razılığın olması ümumiyyətlə Ermənistanın siyasi manipulyasiya etmək imkanlarını buxovlayan bir yanaşmadır.
Ümid edirik ki, ilin sonuna qədər sülh müqaviləsinin bağlanması mümkün olacaq. Ermənistanın hərbi təxribatları olmayacağı halda, onun baş verməsi mümkündür. Hər halda, Praqa danışıqları müsbət ab-hava yaradıb. Ona Brüssel formatının məntiqi davamı kimi də baxmaq olar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO