“Müharibəni görmədən onu anlamaq, nəticələrini demək çətindir. Dünən Ağdamda müharibənin nəticələrini, nələrə səbəb olduğunu gördüm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Milli Şəhərsalma Forumunda Macarıstanın İnvestisiya və Konstruksiya Nazirliyində dövlət katibinin müavini Lorant Perenyi deyib.
O bildirib ki, Azərbaycan azad edilmiş ərazilərə həyatı yenidən qaytarmaq üçün buranı minalardan tam təmizləməlidir. Əhalinin köçürüldüyü ərazilər artıq təmizlənib.
"Azərbaycan odlar yurdu adlanır, alov sizi simvolizə edir. Mənim fikrimcə, iki cür alov var. Biri həyatı məhv edir, dağıntılara səbəb olur, digəri yaşam gücünü, quruculuğu, cəsarəti təmsil edir. Azərbaycanlılar ikinci kateqoriyaya aiddir. Sizin alov simvolunuz cəsarət, qurub-yaratmaqdır”, - deyə dövlət katibinin müavini əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:16 / 06.10.2022
“Ağdamda müharibənin nəticələrini gördüm” - Macarıstan rəsmisi
Hazırda oxunan: “Ağdamda müharibənin nəticələrini gördüm” - Macarıstan rəsmisi
Hazırda oxunan: “Ağdamda müharibənin nəticələrini gördüm” - Macarıstan rəsmisi
97828
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.