Azərbaycan və Türkiyə arasında regional məsələlər müzakirə edildi - FOTO 

Azərbaycan və Türkiyə arasında regional məsələlər müzakirə edildi - FOTO 

Hazırda oxunan: Azərbaycan və Türkiyə arasında regional məsələlər müzakirə edildi - FOTO 

97825

Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyaya işgüzar səfəri çərçivəsində oktyabrın 6-da paytaxt Cakartada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop ilə görüşüb. 

Milli Məclisdən Bizim.Media-ya verilən xəbərə görə, TBMM sədri Mustafa Şəntop Milli Məclisin sədri Sahibə Qafarova ilə növbəti dəfə görüşməkdən məmnunluğunu ifadə edərək, Ermənistanın təxribatları nəticəsində şəhid olmuş hərbi qulluqçularımızla bağlı başsağlığı verib. Türkiyə Böyük Millət Məclisinin sədri vurğulayıb ki, Ermənistan sülh müqaviləsini imzalamalıdır və sabitlik üçün başqa yol yoxdur. 

O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi böyük yenidənqurma və bərpa işlərindən danışaraq, mədəniyyət paytaxtı Şuşanın və bütövlükdə Qarabağın tam bərpası istiqamətində görülən işlərin uğurla davam etdirilməsindən məmnunluğunu bildirib.  
TBMM sədri görüşdə dost və qardaş ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin yüksək səviyyəsindən bir daha razılığını ifadə edərək, əlaqələrimizin ildən-ilə daha da genişləndiyini qeyd edib. 

Sahibə Qafarova qeyd edib ki, ölkələrimiz və xalqlarımız arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətləri bu gün bütün dövlətlər üçün örnək təşkil edir.

Parlamentlərimiz arasında münasibətlərin qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin ruhuna və dinamikasına uyğun olaraq inkişaf etdiyini bildirən Milli Məclisin sədri deyib ki, Milli Məclis və TBMM-in parlamentlərarası əməkdaşlığı ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda uğurla həyata keçirilir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO