Oktyabrın 6-da Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 15 Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, şəxslərin ölkəyə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində reallaşıb.
İlk öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyənin ərazisindən tranzit keçidi təmin olunub.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyası üzrə işçi qrupa daxil olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, zəruri yardımlar göstərilib, həmçinin Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin edilib.
Oktyabrın 6-da nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə repatriasiyası həyata keçirilib. Zəruri prosedurlar yekunlaşdıqdan sonra repatriantlar ailələrinə təhvil veriləcək.
Qeyd edək ki, indiyədək İraqdan 290, Suriyadan 103 olmaqla ümumilikdə 393 uşaq və qadının ölkəmizə repatriasiyası təşkil edilib. Azərbaycan hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Repatriasiyanın həyata keçirilməsində Azərbaycan aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti həyata keçirilib.
Bu prosesin reallaşmasında Türkiyə tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.
Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində Suriya Ərəb Respublikasının ərazisində olan digər Azərbaycan Respublikası vətəndaşlarının mərhələli şəkildə repatriasiyası üçün zəruri tədbirləri davam etdirir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:38 / 06.10.2022
Suriyada düşərgədə saxlanılan 15 soydaşımız Azərbaycana GƏTİRİLİB - XİN
Hazırda oxunan: Suriyada düşərgədə saxlanılan 15 soydaşımız Azərbaycana GƏTİRİLİB - XİN
Hazırda oxunan: Suriyada düşərgədə saxlanılan 15 soydaşımız Azərbaycana GƏTİRİLİB - XİN
97823
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.