İlham Əliyev, Ərdoğan və Paşinyan Praqada keçirilən “Avropa Siyasi Birliyi” Zirvə Toplantısından öncə kuluarda bir araya gəlib.
Bizim.Media xəbər verir ki, üç lider arasında müzakirə aparılır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmilər də söhbətdə iştirak edirlər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Praqada səfərdədir.
Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.
Qeyd edək ki, bu gün Praqada Avropa Siyasi Birliyinin sammiti keçirilir.
Bizim.Media