Cavad Zərif: “Dağlıq Qarabağ münaqişəsinin başa çatması bizim üçün ümumi imkana çevriləcək ”

Cavad Zərif: “Dağlıq Qarabağ münaqişəsinin başa çatması bizim üçün ümumi imkana çevriləcək ”

Hazırda oxunan: Cavad Zərif: “Dağlıq Qarabağ münaqişəsinin başa çatması bizim üçün ümumi imkana çevriləcək ”

9754

“Dağlıq Qarabağda münaqişəyə son verilməsinə görə çox şadam”.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdə deyib.

“Bütün hallarda ümumi narahatlığımız ondan ibarət idi ki, bu münaqişə bizim sizinlə qonşuluğumuzda baş verirdi, vəziyyəti gərginləşdirirdi, insanlar həlak olurdular.

Düşünürəm ki, bu münaqişənin başa çatması bizim üçün ümumi imkana çevriləcək. Ona görə də, mənim regional səfərimin məqsədlərindən biri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi razılaşmadan gələn imkanları işləyib hazırlamaqdır.

Məqsəd bunların işlənilməsi üçün hansı imkanların olduğuna baxmaqdır”, - deyə İran XİN başçısı vurğulayıb.

Cavad Zərif İranla Rusiya arasında müzakirə olunacaq digər regional məsələlərin də olduğunu qeyd edib:

“Bunlar Körfəzdəki vəziyyət, Əfqanıstan, Suriya və Yaxın Şərqdəki digər problemlərdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO