Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi nələrə əsaslanacaq? - Prezident açıqladı

Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi nələrə əsaslanacaq? - Prezident açıqladı

Hazırda oxunan: Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi nələrə əsaslanacaq? - Prezident açıqladı

97531

“Biz Azərbaycan-Ermənistanın delimitasiya komissiyalarının vaxt itirmədən hazırda mövcud olmayan sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aktiv işləyəcəyinə ümid edirik”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib. 

Dövlət başçısı daha sonra deyib:  

“Biz ümid edirik ki, sərhəd delimitasiyası üzrə müvafiq iki komissiya, Azərbaycan və Ermənistanın komissiyaları da həmçinin vaxt itirməyəcək və iki ölkə arasında əslində mövcud olmayan sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aktiv işləyəcək. Təxminən 30 il davam etmiş işğal dövründə bu sərhəd tamamilə Ermənistanın nəzarətində olub”. 

Prezident həmçinin vurğulayıb ki, işğal başa çatdığı zaman biz sərhəd olduğunu nəzərdə tutduğumuz sərhədə gəldik və orada yerləşdik:  

“Ona görə də 400 kilometrdən çox olan bu sərhədin müəyyənləşdirilməsi üçün əlbəttə tarixi sənədlərə, tarixi xəritələrə və beynəlxalq təcrübəyə, müəyyən metodologiyaya əsaslanan aktiv işə ehtiyac var. Bu proseslər gedir, lakin bir daha, onun nə qədər uğurlu olacağını demək çətindir”, - dövlət başçısı qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO