''Müharibə dövründə ermənilərin hərəkətlərini onlayn izləmişik'' - Prezident

''Müharibə dövründə ermənilərin hərəkətlərini onlayn izləmişik'' - Prezident

Hazırda oxunan: ''Müharibə dövründə ermənilərin hərəkətlərini onlayn izləmişik'' - Prezident

9731

''Mən texnoloji inkişafla bağlı görülmüş işlər arasında peykləri qeyd etməliyəm. Bu sahəyə rəhbərlik edən şəxs kimi, Siz bütün bu işləri yaxşı bilirsiniz. Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır. Ancaq həyat göstərdi ki, bu, bizə çox lazımdır''.

Bizim.Media Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən belə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: ''Xəzərdə ən böyük donanmaya sahibik''


Prezidentin sözlərinə görə, həm müharibə dövründə, həm sonrakı dövrdə peyklərdən istifadə Azərbaycana çox böyük üstünlük təmin edib:

''Bizim həm telekommunikasiya, həm Yer səthini müşahidə edən peyklərimiz qarşıda duran bütün vəzifələri icra etmək üçün imkan yaradır.

Biz məhdud sayı olan kosmik klubun üzvüyük. Burada kadr hazırlığı əlbəttə ki, önəmli rol oynayır. Bu sahədə çalışan kadrlar artıq bizim ümumi intellektual potensialımızı gücləndirirlər.

Eyni zamanda, Vətən müharibəsi dövründə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almaq əlbəttə ki, bizə əlavə üstünlük yaratdı.

Təsadüfi deyil ki, Vətən müharibəsi, Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı.

Çünki bu, texnoloji inkişaf baxımından bir yenilik idi'',- deyə dövlət başçısı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO