Ermənistanın Hindistandan yeni radar sistemləri alması nədən xəbər verir - FOTO

Ermənistanın Hindistandan yeni radar sistemləri alması nədən xəbər verir - FOTO

Hazırda oxunan: Ermənistanın Hindistandan yeni radar sistemləri alması nədən xəbər verir - FOTO

9699

Son günlərdə Ermənistan Hindistandan xüsusi radar sistemlərinin alınmasını həyata keçirib.

Weapon Locating Radar (WLR) adlanan radiyolokasiya stansiyaları əsasən əks-batareya döyüşləri üçün nəzərdə tutulub.

Hindistanın istehsalı olan bu radar sistemləri 20 km-ə qədər minaatan, 30 km-ə qədər topçu və 40 km-ə qədər raket atışlarını aşkar etməyə, eyni vaxtda 7 hədəfi izləməyə imkan verir. 

Radar sistemləri Hindistan Dövlət Elektron Tədqiqat və Radiolakasiya İnkişaf İnstitutu tərəfindən rəqibin artilleriya mərmilərinin hərəkətini lokallaşdırmaq üçün hazırlanıb.

MÖVZU İLƏ BAĞLI:

Qarabağda müharibə niyə başladı? – Baş nazirin keçmiş müavini danışdı


Radar sistemlərinin Ermənistana daşınması Rusiya Aerokosmik Qüvvələrinə məxsus "An-124 82013" təyyarələri həyata keçirib.

Xatırladaq ki, 2020-ci ilin mart ayında Ermənistan və Hindistan arasında “WLR” radar sistemlərinin alınması haqqında müqavilə imzalanmışdı. Müqavilə çərçivəsində Ermənistana ümumi qiyməti 40 milyon dollar olan 4 ədəd radar sistemi çatdırılması nəzərdə tutulurdu.

Müqavilə üçün Hindistanla yanaşı Rusiya istehsalı olan “Zoo-1M” və Polşa istehsalı “Liviec” radar sistemləri də nəzərdə keçirilmiş, lakin Ermənistan Müdafiə Nazirliyi Hindistan istehsalı radar sistemlərinin alınmasında qərar vermişdi. Hindistan istehsalı radarların seçilməsindəki əsas meyar isə radarların real döyüş şəraitində istifadə olunması idi. 

Son günlərdə Ermənistan tərəfinə təslimatı həyata keçirilən “Swathi” tipli radarlar Hindistan ordusu tərəfindən Kəşmirdəki təmas xəttində fəal şəkildə istifadə edilir. 

Alınan yeni radar sistemlərinin Ermənistan tərəfindən necə istifadə olunacağı isə əsas müzakirə mövzusu hesab olunur. Ermənistan Müdafiə Nazirliyinin radar sistemləri ilə bağlı fəaliyyətini 2017-ci ildən etibarən sürətləndirdiyi məlum idi. 

Xüsusilə artilleriya qoşunlarına qarşı istifadə olunan radar sistemlərinə maraq Azərbaycanın artilleriya üstünlüyün balanslaşdırmaq məqsədi daşıyırdı.

2016-cı ildə Aprel döyüşləri zamanı Azərbaycan ordusu artilleriya sahəsində öz əzici üstünlüyünü aşkar nümayiş etdirdi. Bu cür vəziyyətin yenidən təkrarlanması ehtimalına qarşı Ermənistan ordusu artilleriya qüvvələrindəki əksiklikləri xüsusi radar sistemləri vasitəsilə aradan qaldırmağı hədəfləyirdi.

Lakin Ermənistanın bu addımı indiki mövqedən baxıldığında olduqca gecikmiş addım təsiri bağışlayır.

Hindistanla imzalanmış müqaviləyə əsasən tədarük edilməli olan radar sistemləri ən çox ehtiyac olduğu anda – 44 günlük müharibədə yox, ancaq 2021-ci ildə Ermənistan ordusuna təslim edilib.

İndiki anda Ermənistanın bölgədə yeni müharibəyə başlamaq ehtimalı olduqca azdır.

Ancaq Ermənistanın öz silah arsenalını bu cür silahlarla təkmilləşdirməyə çalışması əvvəlki qayda ilə Azərbaycan ordusunu rəqib olaraq gördüyünü, alınan silahların məhz Azərbaycan ordusu ilə ixtiyari münaqişə ehtimalı çərçivəsində qiymətləndirildiyini nümayiş etdirir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO