44 günlük müharibədə ARXA CƏBHƏNİN rolu – Fərəc Quliyev nələri AÇIQLADI?

44 günlük müharibədə ARXA CƏBHƏNİN rolu – Fərəc Quliyev nələri AÇIQLADI?

Hazırda oxunan: 44 günlük müharibədə ARXA CƏBHƏNİN rolu – Fərəc Quliyev nələri AÇIQLADI?

96702

Vətən müharibəsinin ilk günündən aydın şəkildə bəlli oldu ki, Azərbaycan Ordusu erməni işğalçılarından qat-qat güclüdür. Onun nəticəsidir ki, müharibənin başlanmasının ilk günündən bir sıra ərazilərimiz azad edildi.

Döyüşdə qələbəni hərbçilər qazanır. Bununla belə, qələbənin əldə edilməsində başqa amillər də bu və ya digər dərəcədə rol oynayır.

Döyüş meydanında qələbə həm də arxa cəbhədəki əhval-ruhiyyədən, onun prosesə necə hazır olmasından da asılıdır. Bu mənada 44 günlük müharibə göstərdi ki, həmin dövrdə Azərbaycanda döyüş meydanında olan Ordu kimi, arxa cəbhə də bütünlüklə qələbəyə, cəbhədən şad xəbərlərin gəlməsinə köklənmişdi. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin fikrincə, 44 günlük müharibədə əldə olunan möhtəşəm zəfərdə arxa cəbhənin ön cəbhəyə təsir və dəstəyinin xüsusi rolu vardı:

“Qələbədə hamının, o cümlədən arxa cəbhənin də rolu vardır. Arxa cəbhənin əhval-ruhiyyəsi də bütünlüklə qələbəyə köklənmişdi. Həmin dövrdə hamı səfərbər olunmaq, döyüşmək üçün meydanlara çıxmışdı. Bir nəfər də olsa fərari yox idi. Arxa cəbhədə hər nə vardısa, müharibəyə səfərbər olunmuşdu. Həmin dövrdə bütün cəmiyyət birlik nümayiş etdirir, özlərinin arxadakı fəaliyyətlərilə qələbəyə töhfə verməyə çalışırdı. Siyasi partiyaların hamısı birlikdə diqqəti qələbəyə yönəltmişdi. Bir sözlə, arxa cəbhə də bir yumruq altında birləşmişdi. Onun nəticəsidir ki, döyüşə gedən əsgərlərimiz arxa cəbhədən tam əmin idilər. Əhalinin özü də əsgərimizin əhval-ruhiyyəsinin yüksək olmasında maraqlı görünürdü.
 

İlk gündəm edilən hücumla Azərbaycan Ordusunun uğur qazanması ölkədə hamının əhval-ruhiyyəsini müsbətə doğru dəyişdi. Əhali müharibənin qəti qələbəyə qədər davam etdirilməsinin tərəfdarı idi.


Siyasi palitrada, mediada insanlar, həm arxa cəbhədəki dinc sakinlərimiz, həm də əsgər valideynləri öz fədakar əmək və əməllərilə öndə döyüşən əsgərlərimizin əhval-ruhiyyəsinə müsbət təsir göstirirdilər. Ona görə də 44 günlük müharibədə əldə edilən qələbədə arxa cəbhənin ön cəbhəyə təsirinin də mühüm əhəmiyyəti oldu. Həmin dövrdə arxa cəbhə bütünlüklə fəaliyyətini Ordumuza dəstək istiqamətində qurmuşdu”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO