“Bakı-Avropa liseyindəki kitabxana və laboratoriyaların vəziyyətinin Pirallahı rayonundakı məktəblərdən heç bir fərqi yoxdur”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
“Bir ay öncə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü kimi, bu liseyi ziyarət etdik və mənim təklifimlə laboratoriyalara, eyni zamanda kitabxanalara baxdıq. Mənim baza ixtisasım fizikadır və deyə bilərəm ki, STEAM laboratoriyası istənilən səviyyədə deyil. Eləcə də kitabxanada bədii kitablar çoxluq təşkil edir, təbiət elmləri ilə bağlı vəsaitlər isə yox dərəcəsindədir. Bunun səbəbi kimi isə kitab almaq üçün yetərli vəsaitin olmadığı bildirildi”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:40 / 30.09.2022
Deputat Bakı-Avropa liseyindəki problemlərdən danışdı
Hazırda oxunan: Deputat Bakı-Avropa liseyindəki problemlərdən danışdı
Hazırda oxunan: Deputat Bakı-Avropa liseyindəki problemlərdən danışdı
96693
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.