“İlk növbədə evsiz şəhid ailələrinin problemi həll edilməlidir” – Sabir Rüstəmxanlı  

“İlk növbədə evsiz şəhid ailələrinin problemi həll edilməlidir” – Sabir Rüstəmxanlı  

Hazırda oxunan: “İlk növbədə evsiz şəhid ailələrinin problemi həll edilməlidir” – Sabir Rüstəmxanlı  

96654

“Qaziləri qəbul edənlər onlara diqqətlə yanaşsınlar. Məndə görüntülər, videolar var ki, icra başçısı qaziyə hörmətsizlik edir. Mən bunu açıqlamaq istəmirəm”.   

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.  

Deputat əlavə edib ki, şəhid adının əbədiləşdirilməsinə diqqət yetirilməlidir: 

“İlk olaraq evsiz-eşiksiz şəhid ailələrinin evlə təmin olunması məsələsinə baxılmalıdır. Digər tərəfdən ən çox giley-güzar işsizlikdəndir. Qazilərin işlə təmin olunmasına çox ciddi yanaşılmalıdır. Təqaüd prinsiplərinin ölkədə pozulması çox böyük narazılıqlar yaradır. İlk olaraq qazilərin və onların ailələrinin təqaüd məsələsi nizama salınmalıdır. Mən bizim şəhidlərimizin, qazilərimizin savaşa necə getdiklərini görmüşəm. Onların bu duyğusunu öldürmək olmaz”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO