“Qərbi Avropa və Balkan ölkələri enerji təhlükəsizliyi sahəsində Azərbaycana ümidlidir” – Çavuşoğlu  

“Qərbi Avropa və Balkan ölkələri enerji təhlükəsizliyi sahəsində Azərbaycana ümidlidir” – Çavuşoğlu  

Hazırda oxunan: “Qərbi Avropa və Balkan ölkələri enerji təhlükəsizliyi sahəsində Azərbaycana ümidlidir” – Çavuşoğlu  

96564

“Türkiyə enerji sahəsində xaricdən asılı olan ölkə olmasına baxmayaraq, bu sahədə ən önəmli ölkələrdən birinə çevirilib”. 
 
Bizim.Media xəbər verir ki,  bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Biznesmen və Sənətkarlar Konfederasiyasının (TESK) Baş Assambleyasının 21-ci sessiyasının iclasında çıxışı zamanı bildirib.

Çavuşoğlu həmçinin Türkiyənin uzun müddət ərzində enerji sahəsində mərkəzə çevrilmək üçün önəmli layihələr həyata keçirdiyini vurğulayıb. 

“Bu layihələr sayəsində Qərbi Avropa, Balkan ölkələri bizə, Azərbaycana ümidlidir. Azərbaycanın da bu sahədə əhəmiyyəti artıb. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ərazisindən keçən Orta Koridorun aktuallığı artdığından bu ölkələr daha sıx əməkdaşlıq etməlidir”- deyə nazir bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO