Rusiyanın məşhur “Vestnik Kavkaza” nəşri bu yaxınlarda “Ermənistan-Hindistan əməkdaşlığının perspektivləri varmı?” analitik məqalə dərc edib.
Məqalədə deyilir:
“Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsi fonunda Ermənistan Hindistanla əlaqələri inkişaf etdirir”. Məqalədə açıq və geniş şəkildə qeyd olunur ki, Dehli ilə İrəvanın yanaşmasında islam faktoru əsas yer tutur. Çünki, hər iki ölkənin ideologiyasında islamofobiya ön yeri tutur. Ermənistanın islama və türkçülüyə nifrətinin səbəbləri məlumdur.
Hindistanlılarsa Kəşmir probleminə və ümumiyətlə Pakistanla olan soyuq münasibətə görə islama nifrət ruhu təbliğ edilir. Ona görə də son vaxtlar Ermənistan-Hindistan münasibətlərində bir bir canfəşanlıq var. Səbəbsə çox sadədir.
Pakistanın Azərbaycana qarşı qardaşlıq və sarsılmaz dostluq münasibəti Ermənistanın və Hindistanın yuxusunu ərşə çəkib.
Hindistandan alınan raket sistemi 44 günlük müharibədə Erməniləri xilas edə bilmədi
Yada salaq ki, 2020-ci ilin yazında, Azərbaycanla müharibəyə hazırlaşan Ermənistan hakimiyyəti artilleriya mövqelərinin aşkarlanması üçün Hindistandan dörd yerüstü radar almaq qərarına gəldi. Müqavilənin ilkin dəyəri 40 milyon dollardan çox idi.Ən maraqlısı da odur ki, Ermənistan bu radar sistemin ilk xarici müştərisi olub.
Baxmayaraq ki, bu radar sistemi 44 günlük müharibədə Ermənistanın harayına çatmadı. Amma bu hərəkəti ilə rəsmi İrəvan Bakını və İslamabadı sinir etmək istədi. Bununla belə Ermənistan Hindistanla hərbi əməkdaşlığı getdikcə dərinləşdirir.
Hazırda Hindistanın Ermənistanla hərbi sahədə əməkdaşlığı genişləndirməyi və bu ölkəyə 250 milyon dollar dəyərində yeni silahlar satmağı planlaşdırır. Təbii ki, Ermənistan-Hindistan hərbi əməkdaşlığı Cənubi Qafqazdakı sülhə bir təhdiddir. Üstəlik, bu əməkdaşlıq Hindistanın region barədə pis niyyətlərinin anonsudur.
Hindistanla Ermənistan İranı da yanlarına çəkmək istəyirlər
Çox qəribədir ki, Ermənistanın Hindistanla yaxınlaşmasını İran da çox istəyir. Hətta bunun üçün rəsmi Tehran Ermənistana bütün qapılarını açır. 2021-ci ildən başlayaraq Hindistan Şimal-Cənub dəhlizinin yeni Qafqaz qolunu İran limanları vasitəsilə işə salmaq istədi.
Dehlidəkilər İrana yeni marşrut təklif etdilər. Belələki, Hindistandan dəniz vasitəsi ilə İrana gələn yüklər burdan Ermənistana, ordansa Gürcüstan vasitəsi ilə Avropaya ötürülməli idi. Bu isə Şimal-Cənub dəhlizinin alternativi idi.
Bu ideya ilə Dehli,Tehran və İrəvan yeni dəhliz açmaq və Pakistanı, Azərbaycanı və Türkiyəni oyundankənar saxlamaq istəyirdi. Bununla da, hər 3 ölkə təkcə Azərbaycanı deyil, həm də Pakistan və Türkiyəni cəzalandırmaq istəyirdi. Lakin, bu ideya həyata vəsiqə almadı. Çünki, reallığa əsaslanmırdı və iqtisadi cəhətdən sərfəli deyildi.
Bir sözlə bütün zamanlarda olduğu kimi Ermənistan Azərbaycanla soyuq münasibətdə olan dövlətlərin yanında durmağa çalışıb. Və bu gün də bu siyasəti davam etdirir.
Azərbaycan Hindistanla münasibətlərdə hər zaman məsafə saxlayıb
Ona görə də Azərbaycanın moderatoru olduğu bütün beynəlxalq layihələrdə Hindistana münasibəti birmənalı olmayıb. Təsadüfi deyil ki, istər “Qədim İpək Yolu”nun inkişafında, istərsə də Zəngəzur dəhlizinin açılmasında rəsmi Bakı Hindistana stavka etməyib. Çünki, rəsmi Tehranın xarici siyasətinda islamofobiya faktoru var.
Bu xəstə yanaşma da Hindistan siyasilərini bölgədəki vəziyyəti, inkişaf perspektivlərini və davamlı sülhün zəruriliyini düzgün qiymətləndirməyə imkan vermir.
Rəsmi Dehlinin antiislam siyasəti nədən qaynaqlanır?
Hindistanın “The Sentinel” nəşri 20 iyul 2022-ci ildə yazır və qeyd edir ki, “Hindistan Ermənistanı təkcə dost kimi deyil, həm də prezidenti Rəcəb Tayyib Ərdoğanın Kəşmir məsələsində daim xüsusi çəkişmə nümayiş etdirdiyi və Hindistana qarşı düşmənçilik siyasəti yürütdüyü Türkiyəyə qarşı yaxşı tarazlıq kimi görür. Türkiyə Azərbaycan və Pakistanla sıx bağlıdır. Ermənistan strateji baxımdan Azərbaycan, İran və Türkiyə ilə sərhəddə yerləşir. Bu, multimodal ticarət yollarının əhəmiyyətli hissəsidir".
Müəllifin fikrincə, müdafiə sahəsindəki yeni əməkdaşlıq, Ermənistanla ticarət və investisiyalar İrəvanı rəsmi Dehli üçün strateji tərəfdaş edə bilər. Bundan əlavə, Hindistan birgə məhsulların istehsalı üçün imkanlar yarada bilər.
Amma Dehlidə oturanlar bir şeyi unudur ki, ermənilərin bərkdə əli yoxdur. Onlar istənilən zaman hindistanlı “dostları”nı “keçi qiyməti”nə sata bilərlər. Tək bir faktı deyək ki, ötən il, İrəvanda bütün hindistanlıların fəxri Mahatma Qandinin heykəli yumurta atəşinə tutuldu və aprelin 28-i axşamı isə od vuruldu. Halbuki, bu abidə Ermənistan Ağsaqqallar Şurasının qərarı ilə tikilmişdi. Amma nəyə görəsə abidə hazır olmasına baxmayaraq rəsmi açılış olmayıb. Əvəzində Qandinin heykəli ermənilər tərəfindən bir neçə dəfə təhqir edilib.
Bax, ermənilərin əsl xisləti budur.Əslində burda qəribə bir şey toxdur. Çünki, “uzunqulaq anqırıb tayını tapır”, “kor atın da kor nalbəndi olar”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:30 / 30.09.2022
Hindistanı Ermənistana “aşiq” edən SƏBƏB – Rəsmi Dehli Azərbaycanı niyə qısqanır?
Hazırda oxunan: Hindistanı Ermənistana “aşiq” edən SƏBƏB – Rəsmi Dehli Azərbaycanı niyə qısqanır?
Hazırda oxunan: Hindistanı Ermənistana “aşiq” edən SƏBƏB – Rəsmi Dehli Azərbaycanı niyə qısqanır?
96537
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.