Dövlət başçısı Fransa Prezidenti Kabinetinin müşavirini qəbul edib - VİDEO

Dövlət başçısı Fransa Prezidenti Kabinetinin müşavirini qəbul edib - VİDEO

Hazırda oxunan: Dövlət başçısı Fransa Prezidenti Kabinetinin müşavirini qəbul edib - VİDEO

96458

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə Fransa Prezidenti Emmanuel Makronla Azərbaycan Prezidenti İlham Əliyev arasında son dövrlərdə telefon danışıqları əsnasında aparılmış müzakirələr və konstruktiv dialoq qeyd olunub.

Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar prosesi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Azərbaycanın üzləşdiyi mina problemi və Birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 4000 nəfərə yaxın Azərbaycan vətəndaşının itkin düşmüş hesab edildiyini vurğulayıb. Bu məsələlərin həllinin vacibliyi qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Azərbaycan-Fransa ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO