Ermənistan YENİ TƏXRİBAT hazırlayır - Naxçıvan və Laçında tutulmuş PUA-lar nədən xəbər verir?

Ermənistan YENİ TƏXRİBAT hazırlayır - Naxçıvan və Laçında tutulmuş PUA-lar nədən xəbər verir?

Hazırda oxunan: Ermənistan YENİ TƏXRİBAT hazırlayır - Naxçıvan və Laçında tutulmuş PUA-lar nədən xəbər verir?

96317

Paşinyanın Qərb liderlərinə ardı arası kəsilməyən müraciətləri və səfərlərindən sonra Azərbaycan Prezidentinə edilən zənglərin sayı günbəgün artır. Bunların fonunda Naxçıvan və Laçın ərazisində Ermənistana məxsus PUA-ların aşkar edilərək zərərsizləşdirilməsi bizə düşmənin arxadan hansısa daş atmağa niyyətləndiyini xəbər verir. 

Bəs Ermənistan hansı güclərə arxalanaraq bu cür təxribat xarakterli addımlar atmağa davam edir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Ədalət Verdiyev bildirib ki, Ermənistan Azərbaycana qarşı yeni bir təxribata hazırlaşır və buna görə də ərazimiz, həmçinin ordumuzla bağlı kəşfiyyat məlumatları toplamağa cəhd göstərir:
 

MÖVZU İLƏ BAĞLI:

Laçın istiqamətində Ermənistanın PUA-sı ələ keçirildi - VİDEO 


“Bu tip uğursuz cəhdlərin qarşısı Milli Ordumuz tərəfindən alınır, amma Azərbaycan tərəfinin Ermənistana təkcə PUA-ları zərərsizləşdirməklə cavab verəcəyini düşünənlər dərindən yanılırlar. Ordumuzun əlində kifayət qədər uzaq mənzilli silahlar mövcuddur ki, Ermənistan PUA-larını idarə edən mənbələrin külünü havaya sovursun və bu cür yanaşma Ermənistana daha təsirli və adekvat cavab olardı”. 

Ermənistanın ərazimizə kəşfiyyat xarakteri ilə göndərilən PUA-larıyla bağlı danışan hərbi ekspert Şair Ramaldanov isə bildirib ki, bu xəmir hələ çox su aparacaq:

“Tərəflərin yekun sülh müqaviləsi imzalamadığı və sərhədlərin delimitasiya və demorkasiyası dəqiq müəyyən olunmadığı təqdirdə sərhəddə baş verən insidentlər davam edəcək. Biz 1994-cü ildən 2020-ci ilə qədər keçən müddət və ondan sonrakı iki il arasında paralellər aparsaq görərik ki, Ermənistan tərəfindən bizə göstərilən münasibətdə heç nə dəyişməyib. Yeganə dəyişən məqam odur ki, biz torpaqlarımızı düşmən tapdağından azad etmişik”.

Paşinyanın Qərb meyilli siyasəti fonunda ABŞ və Fransaya üz tutmasına da toxunan hərbi ekspert əlavə edib ki, tərəflər arasında imzalanacaq sülh müqaviləsinə beynəlxalq təminat verilməlidir:
 

“Hələ ki, biz atəşkəslə bağlı müqavilə imzalamışıq və sülh müqaviləsi imzalanacağı təqdirdə buna beynəlxalq təminatın verilməsi mütləqdir, çünki Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyində mövqesizlik ən aşırı səviyyədədir.


Orada fəaliyyət göstərən müxtəlif fondlar və diaspora təşkilatları maddiyyat gücünə hakim hərbi-siyasi rəhbərliyə təzyiqlər edir və normal qərar verməsinə eyni zamanda sülh müqaviləsi imzalamasına mane olurlar. Məhz bu səbəbdən dolayı Ermənistan 10 Noyabr bəyanatında imzaladığı öhtəlikləri hələ də icra edə bilmir. Azərbaycan isə öz üzərinə düşən bütün öhtəlikləri başa çatdırıb. Qarşı tərəf ara-sıra sərhəddə təxribat törətməyə çalışdığı zaman anlamalıdır ki, dəmir yumruq hələ də öz yerindədir və istənilən an hərəkətə keçmək iqtidarındadır”.

Leyla Şah, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO