"Ermənistan-Azərbaycan sərhədində vəziyyətin normallaşdırılması üçün Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill, bütün ermənilərin katolikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə yeni üçtərəfli görüşün keçirilməsi məsələsi gündəmdə deyil".
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Erməni apostol kilsəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Şaqe Ananyan bildirib.
O xatırladıb ki, Mitropolit Antoni Volokolamski əvvəlki bəyanatında Rus pravoslav kilsəsinin Azərbaycan və Ermənistan dini liderləri arasında danışıqların bərpası üçün səylərini davam etdirməyə hazır olduğunu qeyd edib.
“Belə bir görüş hələ planlaşdırılmır, lakin bu haqda hər hansı yenilik olduğu və ya görüşün keçirilməsi imkanı yarandığı təqdirdə erməni kilsəsi hər zaman iştirak etməyə hazırdır”, - o əlavə edib.
O vurğulayıb ki, bu tip üçtərəfli görüş formatı artıq uzun illərdir mövcuddur və təbii ki, bu görüş Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill tərəfindən dəvət əsasında təşkil olunur:
“Belə bir zərurət yarandığı təqdirdə erməni kilsəsi Allahşükür Paşazadə və Patriarx Kirillə görüşə razılaşacaq”.
Xatırladaq ki, 2021-ci ilin oktyabrında Danilov monastırında Patriarx Kirillin iştirakı ilə II Qaregin və Allahşükür Paşazadə arasında görüş keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:36 / 28.09.2022
"Zərurət yaranarsa II Qaregin Allahşükür Paşazadə ilə görüşə razılaşacaq" - Erməni kilsəsi
Hazırda oxunan: "Zərurət yaranarsa II Qaregin Allahşükür Paşazadə ilə görüşə razılaşacaq" - Erməni kilsəsi
Hazırda oxunan: "Zərurət yaranarsa II Qaregin Allahşükür Paşazadə ilə görüşə razılaşacaq" - Erməni kilsəsi
96210
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.