''Birgə dostluq sərhədinə sahib ola bilərik'' - Zərif

''Birgə dostluq sərhədinə sahib ola bilərik'' - Zərif

Hazırda oxunan: ''Birgə dostluq sərhədinə sahib ola bilərik'' - Zərif

9620

''Energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr bizim üçün prioritet təşkil edir və şirkətlərimiz işə başlamağa hazırdır''.

Bizim.Media-nın məlumatına görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Prezidenti İLham Əliyevlə görüşündə deyib. 

Onun sözlərinə görə İran  Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundadır:

''
Buraya elektrik enerjisinin istehsalı, energetika, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir''.

''Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə surətli irəliləyiş əldə olunmuşdur və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO