“Biz bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edirik”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivanın təşəbbüsü ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdən sonra mətbuata açıqlamasında deyib.
O, diqqətə çatdırıb ki, görüşün nəticələri haqda Cek Sallivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilib.
“Burada əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir.
Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslərlə bağlı məsələlər müzakirə olunub”, - Hikmət Hacıyev qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:23 / 28.09.2022
Prezidentin köməkçisi Armen Qriqoryanla müzakirə olunan məsələləri açıqladı
Hazırda oxunan: Prezidentin köməkçisi Armen Qriqoryanla müzakirə olunan məsələləri açıqladı
Hazırda oxunan: Prezidentin köməkçisi Armen Qriqoryanla müzakirə olunan məsələləri açıqladı
96188
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.