44 günlük müharibə regionda və dünyada nələri dəyişdi? - TƏHLİL

44 günlük müharibə regionda və dünyada nələri dəyişdi? - TƏHLİL

Hazırda oxunan: 44 günlük müharibə regionda və dünyada nələri dəyişdi? - TƏHLİL

95993

44 günlük müharibədən 2 il ötür. Bu 2 ildə dünyada və ölkəmizdə çox şey dəyişib. Ən maraqlısı da odur ki, bu gün heç kim dana bilməz ki, baş verən bir çox dəyişikliklərin səbəbi məhz 44 günlük müharibə oldu. 

Vətən müharibəsi ölkəmizdə nələri dəyişdi?

1. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olundu.

2. Azərbaycanlıların zədələnmiş qüruru bərpa olundu, sağaldı.

3. Azərbaycan regionda son söz yiyəsinə və həyata keçiriləcək bütün layihələrin moderatoruna çevrildi.

4. Dünyanın aparıcı dövlətləri Azərbaycanla hesablaşmaq zorunda qaldı.
 

MÖVZU İLƏ BAĞLI:

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür


Bəs İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda nələri dəyişdi?

1. Cənubi Qafqazda davamlı sülhə təminat yaratdı.

2. Yeni beynəlxalq iqtisadi layihələrə yaşıl işıq yandırıldı.

3. Avropa və Asiya üçün həyati əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin bərpasını gündəmə gətirdi.

4. 3+3 və digər beynəlxalq platformaların yaranmasına imkanlar açdı.

Bəs dünya üçün 44 günlük müharibə hansı streotipləri qırdı və hansı qlobal dəyişiklikləri səbəb oldu?

1. Dünyadakı bir çox streotiplər dağıldı. Sivilizasiya gördü ki, ABŞ və Qərb olmadan da hansısa problem çözülə bilərmiş.

2. ATƏT və BMT kimi beynəlxalq institutların kimlərinsə əlində alət olduğu sübuta yetirildi.

3. ABŞ, Aİ və Rusiya arasındakı çatlar xilası mümükün olmayan uçruma çevrildi.

4.  Avrasiyanın və dolayısı ilə dünyanın taleyini həll edəcək bəzi siyasi qərarların vermək hüququ Qərbin əlindən alındı. Artıq Qərb dünyanı təkbaşına idarə edə bilmir. Əvəzində Türkiyə və türkdilli dövlətlər dünyanın dəngəsini dəyişməyə başlayıb.

Göründüyü kimi 44 günlük müharibə Azərbaycanda yox, bütün dünyada mühüm dəyişikliklərə səbəb oldu. Ona görə də 27 sentyabr bizim üçün Anım Günü olsa da dünya üçün yeni dövrün başlanğıc tarixidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO