Ermənistan tərəfində döyüşən 17 muzdlu barədə axtarış elan edilib

Ermənistan tərəfində döyüşən 17 muzdlu barədə axtarış elan edilib

Hazırda oxunan: Ermənistan tərəfində döyüşən 17 muzdlu barədə axtarış elan edilib

9585

Erməni silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 12 azyaşlı və 27 qadın qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun 2020-ci ilin yekunlarına dair keçirdiyi hesabat yığıncağında bildirilib.

Qurumun mətbuat xidmətinin verdiyi məlumata görə, 25 ölkənin Baş prokuror və Ədliyyə nazirlərinə Ermənistanın törətdiyi cinayətlər haqqında məktublar ünvanlanıb.

Həmçinin Ermənistan  cinayətləri  haqqında 37 xarici dövlətin səlahiyyətli orqanına 46 hüquqi yardım göstərilməsinə dair vəsatətlər göndərilib.

Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev tərəfindən bildirilmişdir ki, Vətən müharibəsi gedişində düşmənin beynəlxalq konvensiyalarda təsbit olunan müharibə qaydalarını kobud şəkildə pozaraq cəbhə zonasından kənarda yerləşən şəhərlərimizi və kəndlərimizi, infrastruktur obyektlərini raket zərbələri, o cümlədən qadağan olunan silahlarla atəşə məruz qoyması, namərd hücumlarla onlarla dinc sakinin qətlə yetirilməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmaqla intensiv istintaq-əməliyyat tədbirləri aparılıb.

Qeyd edilib ki, Baş Prokurorluqda 62 cinayət işi başlanaraq, həmin işlər üzrə 17 muzdlu döyüşçü və Ermənistan Respublikasının 4 vətəndaşı barəsində, cəmi 21 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları çıxarılaraq axtarış elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO