İranı Azərbaycana gətirən səbəblər, Cavad Zərif Bakıda nədən danışıb? - PƏRDƏARXASI

İranı Azərbaycana gətirən səbəblər, Cavad Zərif Bakıda nədən danışıb? - PƏRDƏARXASI

Hazırda oxunan: İranı Azərbaycana gətirən səbəblər, Cavad Zərif Bakıda nədən danışıb? - PƏRDƏARXASI

9579

Dünən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana rəsmi səfəri baş tutub.

İran xarici işlәr naziri Azәrbaycandan sonra Rusiya, Gürcüstan, Ermәnistana, davamında isə Türkiyәyә sәfәr edәcәyi qeyd olunur. İran XİN rəhbərininin ardıcıl səfərlərinin fonunda İranın yeni diplomatik strategiyası isə analitiklər tərəfindən olduqca maraqla qarşılanır.

Son günlərdə İran Xarici İşlər Nazirliyi körfəz ölkələri ilə əməkdaşlığa hazır olduqları barəsində bəyanat vermişdi.

Bəyanat çərçivəsində xüsusilə Səudiyyə Ərəbistanı ilə gərgin münasibətləri yumşalacağını ümid edən İran “Hörmüz Sülh Tərəfdaşlığı” adlı yeni sülh programı da təklif etmişdi. Proqram çərçivəsində İranın hədəfi Körfəz ölkələrində təhlükəsizliyin təmin olunması və qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir.
 

MÖVZU İLƏ BAĞLI:

İrandan körfəz ölkələrinə “müzakirəyə hazırıq” mesajı


Lakin bu halda sual yaranmış olur, hazırda körfəz regionunda təhlükəsizliyin təmin olunması nə üçün vacibdir? 

Bu suala cavab tapmaq üçün, təxminən 1 ay əvvələ, İsrail və ABŞ nüvə sualtı qayıqlarının İran körfəzinə gəldiyi vaxta qayıtmaqda fayda var.

Tramp administrasiyasının son aylarında çox intensiv şəkildə İsrail və ərəb dövlətləri arasında qarşılıqlı razılaşmalar əldə olunmuş, diplomatik münasibətlər yenidən bərpa olunmuşdu.

Xüsusilə Körfəz ölkələri ilə əməkdaşlıqlarını genişləndirən İsrail 2018-ci ildən bəri planlaşdırdığı dəmir yolu layihəsini də həmin dövrdə rəsmən elan etmişdi. Bölgədə İsrail hərbi donanmasının yer alması da Körfəz ölkələri ilə bağlanan qarşılıqlı müqavilələrin təminatı rolunda çıxış etdiyi bildirilirdi.

Digər tərəfdəm ABŞ rəsmi dairələri Donald Trampın hakimiyyəti dövründə alınan “Dəmir qübbə” adlı hava müdafiə sistemlərinin körfəz ölkələrində yerləşdirəcəyini elan etmişdi.

Bu bölgədəki ABŞ hərbi bazalarını hər hansı “xarici” hücümdan qorumaq məqsədi ilə həyata keçirilən strateji addım idi. İranın cənub bölgəsindəki son aylarda gərginləşən vəziyyət tamamilə İranın əleyhinə olduğu aydındır.

Çünki ABŞ və İsraillə qarşılıqlı diplomatik və pespektivdə iqtisadi əlaqələrə malik olacaq ərəb ölkələri üçün İranla hər hansı qarşılıqlı əlaqənin zərərdən başqa bir şey gətirməyəcəyi göz önündədir.

Heç bir ərəb dövləti də ABŞ-ın təkidi ilə İsraillə imzalanmış müqavilələri riskə atmaq və hər iki gücü özündən narazı salmaq istəməz. Çünki körfəz ölkələrini İran təsirindən qoruyacaq tək qüvvə körfəzdəki ABŞ hərbi gəmiləridir.

Ölkənin cənub sərhədlərində baş verən gərginliyin fonunda Cavad Zərifin Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və Türkiyəyə səfərinin əhəmiyyəti daha da artır.

İlk öncə onu qeyd etməliyik ki, İran faktiki olaraq mühasirəyə alınmaqdan qorxur. İran ABŞ-ın bunu təmin edəcək gücdə və istəkdə olduğundan da xəbərdardır.

Yeni ABŞ prezidenti Co Bayden administrasiyasına da ümidlə yanaşmayan İran yeni sanksiya dalğalarının gələcəyinin, bu sanksiyaların əvvəlkiləri kölgədə qoyacağının da fərqindədir. Bunun qarşısını almaq üçün cənubdan faktiki olaraq izolyasiya olunmuş İran hər vəcdlə Şimal yolunu açıq saxlamağa çalışır.

Zəirifin səfərləri içərisində əsas diqqət çəkən ünvanlar Rusiya və Türkiyədir. Çünki bu ölkələr hazırda ABŞ-la çox yaxın münasibətlərə malik deyillər və sanksiya dalğaları onları da gözləyir.

İran ABŞ-ın yaxın zamanlarda gözlənilən təzyiqlərinə qarşı hansı yolla olursa olsun regional əməkdaşlıqları inkişaf etdirməyə çalışır.

İranı Ermənistanla iqtisadi əməkdaşlıq müqaviləsi imzalamağa vadar edən səsə səbəb də məhz budur.

Çünki İran hazırda regional iqtisadi blokadanın astansındadır və hətta Ermənistan belə İran üçün blokadadan necəsə çıxmaq üçün fürsət verə bilər. İran nə qədər ki, Bayden nəzərlərini İrana çevirməyib, əlində olan son vasitələrlə boğazına keçmiş kəmənddən xilas olmağın yollarını axtarır. 

İranın Rusiya  və Avropa ilə qarşılıqlı münasibətlərində Azərbaycanın geosiyasi mövqeyi isə olduqca önəmlidir.

Çünki ölkənin Şimal regionunda əsas nəqliyyat dəhlizləri məhz Azərbaycan ərazisindən keçir. Ermənistan və İran, o cümlədən Türkiyə və İran arasında əhəmiyyətli logistik strukturlar (yollar, dəmir yol xəttləri) mövcud deyil.

Cavad Zərifinin səfərinin Azərbaycan başlanması da bu baxımdan olduqca başa düşüləndir. Azərbaycan indiki anda İran üçün Şimalda gerçəkləşdirəcəyi iqtisadi əməkdaşlıqlar üçün açar roluna malikdir.

Azərbaycan olmasa İranın Şimal regionunda planlaşdırdığı və ölkəni yaxın aylarda reallaşacaq faktiki iqtisadi mühasirədən çıxaracağını düşündüyü layihə ifalasa uğrayacaq. 

44 günlük müharibə dövründə Ermənsitanı göz görə-görə silahlandıran İranın bu gün köməklik üçün qapımıza gəlməsi bəlkə də taleyin ironiyasıdır.

Şimal planının İran üçün nə dərəcədə uğurlu keçəcəyini indidən demək olduqca çətindir. Lakin son 6 ay ərzində mənimsədiyi siyasi kursa baxılarsa, İranın bu düşüncə ilə çox gedə bilməyəcəyi daha aydın görünür.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO