Çin Qarabağda ABŞ-a qalib gəldi

Çin Qarabağda ABŞ-a qalib gəldi

Hazırda oxunan: Çin Qarabağda ABŞ-a qalib gəldi

9578

Bu, Çinin quruda ABŞ üərində ilk qələbəsidir. 

Co Baydenin hakimiyyətə gəlişi ilə ekspertlər dünya miqyasında ciddi geosiyasi dəyişikliklər haqqında proqnozlar verməyə başlayıblar.

Bu zaman Avrasiyanı gözlənilən hadisələrin başlıca məkanı kimi təqdim edirlər. 

Ümumiyyətlə, əsas oyunçuların adlarını da deyirlər: ABŞ, Rusiya, Çin və Avropa Birliyi. Hesab olunur ki, Böyük Savaş məhz bu oyunçular arasında gedəcək. Və onların hər birinin məqsədi eynidir – dünya lideri olmaq! Lakin liderliyi təkbaşına deyil, kiminləsə müttəqiflikdə də təsəvvür edirlər.

Ekspertlər bununla “liderlərin liderliyini təmin edən müttəfiqlər” ifadəsini işlətmyə başlayırlar. Bu keyfiyyətdə yüksələn yeni gücləri, Avrasiya üçün isə konkret olaraq Türkiyəni gördüklərini ifadə edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Cənubi Qafqazda kiminlə irəliləyəcək? - ANALİZ


Rusiyanın Beynəlxalq Siyasi və İqtisadi Strategiyalar İnstitutu (“RUSSTRAT”) ekspertləri bu barədə konkret araşdırmaları belə təqdim etməkdədirlər.

Çıxarılan ümumi nəticə maraqlıdır. Ekspertlərə görə, indiki mərhələdə liderlik mübarizəsinin məntiqi göstərir ki, Çingizxan dönəmindən sonra dünya tarixində ilk dəfə olaraq “kontinent” “dənizə” qalib gəlir! 

Bunun konkret geosiyasi mənası ondan ibarətdir ki, Çin “Bir Qurşaq, Bir yol” layihəsində başlıca olaraq su yoluna üstünlük versə də, ABŞ-ı artıq “Quru”da – Avrasiya kontinentinin quru nəqliyyat marşrutlarında məğlub etməkdədir.

Hansı layihələrlə Pekin buna nail olur? Fikir maraqlıdır – Çin əsas rəqibləri olan Rusiya və Avropa İttifaqı da daxil olmaqla geniş bir ərazidə (Uzaq Şərqdən Avropaya qədər) yeni yüksələn gücləri də (məsələn, Türkiyə və İranı) öz planlarına daxil edərək Amerikaya alternativ model formalaşdırır. 

Bu yolda Çini dayanıqlı edən, ekspertlərə görə, strategiyasının özəlliyidir. Bu strategiya ahəstə irəliləyişlə uzun müddətə məqsədə nail olmağı nəzərdə tutur.

Məsələn, Çinin ilk hədəfi üçün ən yaxın strateji müddət budan sonra 30 ili əhatə edir! Başqaları üçün bu, çox yavaş və hövsələli yoldur. Lakin Çinin siyasi sistemi üçün bu irəliləyiş tam uyğundur – hər həlledici aralıq mərhələ 5 illiklərlə doldurulur. 

Bunun üçün Çin 3 strateji müttəfiqlik modeli hazırlayıb. Onlardan biri “Bir Qurşaq, Bir yol” layihəsi üzərindəki açar ölkələrlə bağlıdır, ikincisi ASEAN-a üzv ölkələrlə əlaqəlidir, üçüncüsü isə AB ilə əlaqələri gücləndirən modeldir. Birinci strategiya 7, ikinci 8, üçüncü isə yenə 7 ildir həyata keçirilir.

Ekspertlər ona diqqəti yönəldirlər ki, bunların heç birində ABŞ iştirakçı deyil, lakin ona ən yaxın müttəfiqləri belə birbaşa və ya dolayısı iştirakçıdırlar!

Nəticədə Çin tarixdə ilk dəfə olaraq sularda Amerika ilə raqbətdən yayınaraq quruda onu udmaq strategiyasını tədricən həyata keçirir. 

Bu prosesdə bizim üçün daha maraqlı olanı bütövlükdə Cənubi Qafqazın və ayrıca, Azərbaycan və Türkiyənin hansı yerdə olmasıdır. 

Qısa deyək, Çinin Avrasiya strategiyasında İran mühüm yer tutur. İran mərkəzi transavrasiya iqtisadi dəhlizində vacib məkan kimi görülür.

Hətta ekspertlər sırasında bu marşrutun Çin-Pakistan istiqaməti ilə rəqabət apardığını düşünənlər vardır. İranın rolu Çinin Aralıq Dənizi və Fars Körfəzi vasitəsi ilə Avropa, Afrika və Qərbi Asiyaya çıxışını təmin etməkdən ibarət olmalıdır.

Bu fikirlərin fonunda ekspertlərə görə, Çin üçün Xəzər hövzəsi strateji əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, ekspertlərə görə, artıq Cənubi Qafqazda Rusiya, Türkiyə, ABŞ, Səudiyyə Ərəbistanı, İran, İsrail, Azərbaycan və Qazaxıstan fəallaşıblar.

Deməli, ekspertlər artıq Azərbaycanı regional geosiyasətin əsas oyunçularından biri kimi qəbul edirlər! Bunun həm də qlobal geosiyasi kontekstdə nəzərdə keçirilməsi Azərbaycanın ciddi uğurudur.

Türkiyənin Cənubi Qafqazda fəallaşmasının da Ankaranın konkret məqsədləri ilə bağlı olduğu vurğulanır.

Yəni: Türkiyə “Bir Qurşaq, Bir Yol” layihəsi çərçivəsində Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə xəttində həlledici rol oyanamaq kursunu götürüb.

Azərbaycanla tandemdə Türkiyənin şansını eksertlər yüksək qiymətləndirirlər. 

Bunun üçün faktlar da göstərilir. Məsələn, Çinin Ankara-Bakı əlaqələrinə dəstək verdiyini yazırlar.

Konkret: Çin İstanbul konteyner terminalı olan Kumport-dan 65%-lik paya sahibdir, Sultan Səlim Körpüsünün 51% sərmayəsi Çinə məxsusdur, Transxəzər nəqliyyat konsersiumunda iştirakçıdır, “Dəmir ipək yolu” İstanbulla Sinanı birləşdirir!

Hazırda bu marşrutla yük daşıma həcmi ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük civarındadır. Lakin 2023-cü ilə yükdaşıma 17 milyon tona çatmalıdır! Ekspertlər bunu hətta Rusiyaya rəqib istiqamət kimi qiymətləndirirlər!

Məsələ həm də ondan ibarətdir ki, Türkiyə bu vəzifənin öhdəsindən gəlmək üçün əlavə sərmayəyə ehtiyacı olan ölkədir. Həmin sərmayəni Çin verməyə hazırdır.

Məhz həmin kontekstdə ekspertlər Azərbaycanın Qarabağda əldə etdiyi hərbi qələbəni ciddi geosiyasi faktor sayırlar.

Belə ki, Türkiyə və Azərbaycan beynəlxalq layihələr çərçivəsində Qarabağdan nəqliyyat məkanı kimi istifadə etsə, regionda əsas söz sahibi olacaqlar.

Çünki Qarabağ marşrutu qlobal layihə üçün Arlıq dənizi ilə Xəzər arasında ən qısa yoldur!

Azərbaycan və Türkiyənin regional geosiyasi həmləsi bununla məhdudlaşmır. Bu iki ölkə Rusiyanın Xəzər Nəqliyyat Konsersiumuna daxil olmasını təmin edə bilərlər. Bununla dolayısı ilə Rusiya-Gürcüstan münasibətlərinə də müsbət ton gətirilmiş olar. 

Nəticə: ekspertlərin yuxarıda ifadə edilən məntiqi və geosiyasi modeli gerçəkləşsə, tarixdə ilk dəfə olaraq Çingizxandan sonra qlobal qələbədə türk dövlətlərinin xüsusi rolu olacaq!

Maraqlıdır: tarixin səhnəsində yenə də Çingizxan və türklər! Ancaq bu dəfə fərqli münasibətlər, rollar və gerçəklikdə! Çünki Çingiz indi rəmzdir, ancaq türklər gerçəklik!

Sonda Çingizxandan bir sitat: “Məğlubların məhvi qalibin sakitliyidir”.

Füzuli Qurbanov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO