“Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra Ermənistan növbəti təxribata əl atdı”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələri çərçivəsində çıxışı zamanı deyib.
“Ermənistan sentyabrın 12-dən 13-nə keçən gecə iki dövlət arasında delimitasiya olunmamış sərhəd boyunca növbəti hərbi təxribata əl atıb.
Nəticədə Azərbaycan tərəfində 80 hərbçi həlak olmuş, 282 hərbçi və 2 mülki şəxs yaralanmışdır. Azərbaycan bu təxribata cavab olaraq öz suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidin neytrallaşdırılması üçün adekvat tədbirlər görüb.
Nəhayət, atəşkəs Ermənistan və Azərbaycan arasında birbaşa rabitə kanalları vasitəsilə sentyabrın 14-də saat 20:00-dan etibarən bərpa edilib və hər iki tərəfin də təsdiq etdiyi kimi, atəşkəs davam etdirilir”, deyə o, qeyd edib.
Bizim.Media