Ceyhun Bayramov bu ölkələrdən olan həmkarları ilə GÖRÜŞÜB - FOTO 

Ceyhun Bayramov bu ölkələrdən olan həmkarları ilə GÖRÜŞÜB - FOTO 

Hazırda oxunan: Ceyhun Bayramov bu ölkələrdən olan həmkarları ilə GÖRÜŞÜB - FOTO 

95604

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Barbadosun xarici işlər və xarici ticarət naziri Senator Dr. Jerom Xavier Volkot və Qvatemalanın xarici işlər naziri Mario Bukaro ilə görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.

Görüşlər zamanı tərəflər arasında Qoşulmama Hərəkatı çərçivəsində və digər beynəlxalq platformalarda fəaliyyət və əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov sözügedən ölkələr tərəfindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, eləcə də Qoşulmama Hərəkatı çərçivəsində sədrliyimiz dövründə ölkəmizin təşəbbüslərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib və bu çərçivədə gələcək planlar barədə həmkarlarını məlumatlandırıb.

Qarşı tərəf Azərbaycanla həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığın genişləndirilməsi niyyətində olduqlarını bildiriblər.

Nazir 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə dövründə ölkəmiz tərəfindən görülən işlər barədə həmkarlarını məlumatlandırıb. Ermənistanın Azərbaycana qarşı son təxribatlarının sülh gündəliyinə maneçilik törətmək və prosesləri ləngitmək məqsədi daşıdığı vurğulanıb.

Xatırladaq ki, BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan C.Bayramov bundan əvvəl də bir sıra görüşlər keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO