Təhlükə potensiallı obyektlərlə bağlı Koordinasiya Komissiyası yaradıldı  

Təhlükə potensiallı obyektlərlə bağlı Koordinasiya Komissiyası yaradıldı  

Hazırda oxunan: Təhlükə potensiallı obyektlərlə bağlı Koordinasiya Komissiyası yaradıldı  

95582

Prezident İlham Əliyev təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. 

Bizim.Media xəbər verir ki, Sərəncamda əsasən, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə aşağıdakı tərkibdə Koordinasiya Komissiyası (bundan sonra – Komissiya) yaradılıb.

Komissiyanın sədri 

Azərbaycan Respublikası Baş nazirinin müavini 

Komissiyanın üzvləri 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri 

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri 

Azərbaycan Respublikasının daxili işlər naziri 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri 

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri 

Azərbaycan Respublikasının energetika naziri 

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri 

Azərbaycan Respublikasının səhiyyə naziri 

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri 
 
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi 
 
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi 
 
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri. 

2. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına həvalə edilsin. 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

3.1. Komissiya haqqında Əsasnamənin layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
 
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 
 
4. Komissiya: 
 
4.1. təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi, bu obyektlərdə baş verə biləcək qəzaların qarşısının alınması ilə bağlı mütəmadi təhlillər aparılması və qabaqlayıcı tədbirlər görülməsi üçün təkliflər hazırlanmasını, bu sahədə müvafiq dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılmasını və həyata keçirilməsini təmin etsin; 
 
4.2. Komissiyanın üzvü olan dövlət orqanlarının (qurumlarının) fəaliyyət istiqamətlərinə aid sahələrdə həmin dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət daimi fəaliyyət göstərən və aşağıdakı funksiyaları yerinə yetirən işçi qrupların yaradılmasını və fəaliyyətini təmin etsin: 
 
4.2.1. müvafiq dövlət orqanları (qurumları) tərəfindən təhlükə potensiallı obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili və qiymətləndirilməsi üzrə təkliflər hazırlanması; 
 
4.2.2. dövlət orqanlarının (qurumlarının) fəaliyyət istiqamətləri üzrə müvafiq texniki reqlamentlərin müəyyən olunması istiqamətində fəaliyyətinin əlaqələndirilməsi; 
 
4.2.3. beynəlxalq təcrübə nəzərə alınmaqla, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı sahəsində mövcud normativ hüquq aktların təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanması. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO