"Məlum olduğu kimi, Azərbaycan özü işğala və təcavüzə məruz qalan ölkədir. Ermənistan tərəfi zordan istifadə edərək, ərazilərimizin 20 faizini, o cümlədən İran ilə sərhədimizin 132 km-ni işğal etmişdi. 30 il ərzində İran tərəfi sərhədlərin zordan istifadə edilərək dəyişdirilməsinə hər hansı bir münasibət bildirmədi".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva son dövrlərdə İranın yüksək çinli mülki və hərbi şəxsləri tərəfindən “regionda sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir” tezisi üzrə fikirlərinə münasibət bildirərkən deyib.
“Hazırda İran tərəfindən səsləndirilən bu kimi bəyanatların ünvanı bəlli deyil. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan liderlərinin Moskva və Brüsseldə keçirilən görüş formatları mövcuddur.
Bu formatlarda danışıqlar davam edir. Bu formatlarda aparılan danışıqlar çərçivəsində hər iki tərəfin razılığı ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiya təsis edilmiş və onun tərkibi razılaşdırılmışdır. Hesab edirik ki, Ermənistan-Azərbaycan münasibətləri, o cümlədən iki dövlətin sərhəd məsələsi kənar müdaxilə olmadan həll edilməlidir”, - Leyla Abdullayeva qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:31 / 23.09.2022
Azərbaycandan İrana CAVAB: "Sərhəd məsələsi kənar müdaxilə olmadan həll edilməlidir"
Hazırda oxunan: Azərbaycandan İrana CAVAB: "Sərhəd məsələsi kənar müdaxilə olmadan həll edilməlidir"
Hazırda oxunan: Azərbaycandan İrana CAVAB: "Sərhəd məsələsi kənar müdaxilə olmadan həll edilməlidir"
95485
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.