Ermənilərlə birgəyaşayışla bağlı təklifə partiya sədrlərindən REAKSİYA

Ermənilərlə birgəyaşayışla bağlı təklifə partiya sədrlərindən REAKSİYA

Hazırda oxunan: Ermənilərlə birgəyaşayışla bağlı təklifə partiya sədrlərindən REAKSİYA

95046

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Azərbaycanda Reinteqrasiya və Reportasiya Nazirliyinin yaradılmasını təklif edib.

Partiya sədri qeyd edib ki, Ermənistan əsilli azərbaycanlıların yaşadığı ərazilərə geri qaytarılması və birgəyaşayışı Reinteqrasiya və Reportasiya Nazirliyi tərəfindən koordinasiya oluna bilər:

“Eyni zamanda bu departament Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi, Avropa İnsan Haqları Məhkəməsində onların mülki və siyasi tələbləri ilə bağlı iddiaların qaldırılması, Qərbi Azərbaycandan məcburi köçürülənlərə qarşı cinayət əməllərinin beynəlxalq məhkəmələrdə araşdırılması kimi məsələlərlə də məşğul ola bilər”.

Fərəc Quliyevin bu təklifini Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də dəstəkləyib. 

AMİP sədri Bizim.Media-ya açıqlamasında qeyd edib ki, son yüz il ərzində tarixi türk torpaqları olan indiki Ermənistan ərazisindən 1 milyona yaxın soydaşımız deportasiya edilib:

“Təəssüflər olsun ki, bu illər ərzində Ermənistan adlı ərazidən qovulmuş azərbaycanlılarla bağlı ciddi işlər aparılmayıb.
Onların hüquqları əslində beynəlxalq müstəvidə də qorunmayıb. Hətta bir müddət onların Ermənistan ərazisində yaşadığını göstərən pasportları da yığıldı və onların taleyilə bağlı məsələ hələ də qaranlıq qalır. Çünki həmin pasportlar vasitəsilə biz beynəlxalq məhkəmələrə müraciət etməklə soydaşlarımızın geri dönüşü məsələsini qaldıra bilərdik.

Fərəc bəyin bu təklifi də ciddi təklifdir. Məntiqi isə bundan ibarətdir ki, bu vaxtda qədər görülməli olan işlər dövlət səviyyəsində görülsün və bu istiqamətdə nazirlik, komitə və ya fərqli adla fəaliyyət göstərən konkret qurum yaradılsın.

Biz də partiya olaraq, dəfələrlə bəyan etmişik ki, əgər Qarabağ ərazisində 25 min erməni məskunlaşdırılıbsa, nəyə görə Ermənistan ərazisində, tarixi türk torpaqlarında bizim soydaşlarımız yaşamasın? Əgər, bu məsələrə qarşılıqlı olaraq həllini tapmasa, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olmaq mümkün olmayacaq”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bildirib ki, 2020-ci ilin 10 noyabr bəyanatına görə, münaqişə nəticəsində qaçqın və məcburi köçkün durumuna düşmüş əhali, o cümlədən keçmiş Dağlıq Qarabağ ərazisindən qovulmuş şəxslər öz evlərinə qayıtmalıdır:

“Hal-hazırda Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Ayrıca reinteqrasiya üçün nazirliyin yaradılması məsələsi isə, zənnimcə, qeyri-müəyyəndir. Müəllifin fikirləri ilə detallı formada tanış olduqdan sonra bu məsələ ilə bağlı aydın fikir söyləmək olar”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO