“ABŞ-ın bütün rəsmilərinin İrandakı hakimiyyətə münasibəti birmənalıdır. İran rəsmilərinin əsas şüarlarından biri “Amerikaya ölüm” olduğundan, Vaşinqton rəsmiləri də Tehran rejimi əleyhinə çıxışları ilə seçiliblər”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Sədrəddin Soltan bildirib.
O, ABŞ-ın üçüncü rəsmisi olan Pelosinin İrəvanda İranla bağlı verdiyi məlum açıqlamanı şərh edərkən vurğulayıb ki, xanım Nensi təmsil etdiyi dövlətin əsas xəttini diqqətə çatdırıb:
“Amma Vaşinqton bilirsiniz ki, İrana görə heç zaman Ermənistana sanksiya tətbiq etməyib və heç zaman bunu etməyəcək. ABŞ regionda əksinə, hazırda Ermənistanın başını sığallamaqla məşğuldur”.
Pelosinin İrəvandakı İran əleyhinə yönəlik çıxışı fonunda Tehranın verəcəyi cavaba gəldikdə, həmsöhbətimizə görə, cənub ölkəsinin rəsmiləri, alimləri və kütləvi informasiya vasitələri Nümayəndələr Palatasının spikerini fars məsələsində tutduğu mövqeyinə görə tənqid atəşinə tuta bilərlər:
“Əslinə qalsa, İran alimlərinin iddia etdiyi kimi ermənilərlə farslar eyni kökdəndir. Pelosinin savadsızlığı özünü bu məsələdə də göstərir. Pelosi regionu, onun xalqlarını bilmədiyindən bu istiqamətdə çıxışlar edib. İran rəsmiləri Pelosinin açıqlamasına cavab olaraq oun düşmənçilik etdiyini, regionu qarışdırmaq məqsədi daşıdığını bəyan edəcəklər.
Ümumiyyətlə İranın Pelosi kimi saxta fikirlərə söykənərək danışan alimləri var. Onlar da ona həmin fonda cavab verəcək və bu cavab o qədər də kəskin olmayacaq. Tehran bu fonda Ermənistanı aşağılayan bəyanat verməyəcək. Yalnız ABŞ-ın İrana qarşı tutduğu pisləyəcəklər. Bundan o yana getməyəcəklər”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:30 / 20.09.2022
Qafqazda parçalanan və birləşən MARAQLAR – “Pelosinin İranla bağlı fikirləri heç bir məna kəsb etmir”
Hazırda oxunan: Qafqazda parçalanan və birləşən MARAQLAR – “Pelosinin İranla bağlı fikirləri heç bir məna kəsb etmir”
Hazırda oxunan: Qafqazda parçalanan və birləşən MARAQLAR – “Pelosinin İranla bağlı fikirləri heç bir məna kəsb etmir”
94852
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.