KTMT-nin missiyası Ermənistanda işini başa vurdu – NƏTİCƏSİ NƏDİR?

KTMT-nin missiyası Ermənistanda işini başa vurdu – NƏTİCƏSİ NƏDİR?

Hazırda oxunan: KTMT-nin missiyası Ermənistanda işini başa vurdu – NƏTİCƏSİ NƏDİR?

94780

Ermənistan-Azərbaycan sərhədində birincinin geniş miqyaslı təxribatı fonunda baş verən insidentdən sonra baş nazir Paşinyanın dəvətilə vəziyyəti yerində araşdıırmaq üçün əraziyə gələn Kollektiv Təəhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının qabaqcıl qrupu artıq işini başa vurub. 

İşin yekunu olaraq missiya tərəfindən sərhəddə gərginliyin azaldılmasına hesablanmış təkliflər də hazırlayıb. Qrupa rəhbərlik edən general-polkovnik Anatoli Sidorov təkliflərlə bağlı Ermənistan müdafiə naziri Suren Papikyana məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Putin Bakı-İrəvan arasındakı gərginlikdən DANIŞDI - VİDEO


Maraqlıdır, KTMT missiyasının sözügedən təklifləri nədən ibarət ola bilər?

Bizim.Media-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyevin fikrincə, KTMT missiyasının hazırladığı təkliflər sıradan bir təkliflər olacaq:

“Bu təkliflərdə Azərbaycana qarşı olacaq hansısa bir addımın yer alacağını gözləmirəm. Çünki KTMT-da təmsil olunan ölkələrdən Belarus, Qazaxıstan və Qırğızıstan birmənalı olaraq Azərbaycanı dəstəkləyir. Rusiyaya isə rəsmi səviyyədə Azərbaycanın son fəaliyyətindən qətiyyən narahat olmayıb. 
 

Belə olan halda özünə ABŞ-dan yeni havadarlar axtaran Ermənistana KTMT-nin hansısa bir şəkildə ciddi dəstək verəcəyini gözləmirəm. KTMT missiyasının hazırladığı təkliflər sıradan bir təkliflər olacaq. 


Yox, əgər burada Ermənistana sülh prosesində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair tövsiyyələri yer alarsa, o zaman Azərbaycan KTMT-nin Qafqazda sülhün yanında olduğuna inana bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO