Ermənilər öz fəaliyyətlərilə ömür boyu xəyanətkar, satqın mövqedə dayandıqlarını ortaya qoyurlar.
Onlar vaxtilə Osmanlı dövlətinin himayəsi altında olaraq, verilən bütün imtiyazlardan geninə-boluna istifadə ediblər. Osmanlı dövlətində ermənilər hətta bir sıra yüksək postlar da tutublar.
Lakin buna baxmayaraq, Birinci Dünya Müharibəsi dövründə fürsət yaranan kimi onlar Rusiya imperiyasının dəstəyilə türklərə arxadan zərbə vurublar.
Hətta bu fonda qondarmna erməni sıyqırımını da ortaya atıblar. Müstəqillik əldə etdikdən sonra İrəvan əsasən Moskvanın himayəsi altına sığındı. Ermənistan məhz Rusiyanın dəstəyilə işğalçı bir dövlətə çevrildi. Ermənistanın ümumiyyətlə bir dövlət olaraq qalmasında Rusiya və İranın böyük rolu vardır.
Amma buna baxmayaraq, həyatları satqınlıq üzərində qurulan və xəyanətkar millət imici qazanmış ermənilər indi də Rusiyanı satmaq yolunu tutub.
Qərbdən gələn “yağlı tikə”yə aldanan Ermənistanda son illər antirusiya əhval-ruhiyyəsi artıb. Görünən odur ki, indi də onlar Rusiyanı satmaq yolunu tutub.
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvanda səfərdə olarkən “Qəfəsçiyan İncəsənət Mərkəzi”nə gedərək, 45-ci ildə sasanilərlə ermənilər arasında olan Avarayr döyüşünü əks etdirən rəsmi seyr edərkən ermənilərin farslara qarşı müharibəsindən danışaraq bu şəklin xristian Ermənistanın farslarla mübarizə “epizodu” olduğunu deməsi isə onu göstərir ki, indi də Qərb ermənilərdən İrana qarşı istifadə etmək niyyətinə düşüb.
Qeyd edək ki, İran Ermənistana müstəqillik əldə edəndən üzü bəri ona hərtərəfli yardım və kömək əlini uzadıb. Düzdür, onun bu “yardım”ından İrəvan sonradan Azərbaycana qarşı da istifadə edib. Bu mənada, Tehran Azərbaycan torpaqlarının vaxtilə işğalında bir növ İrəvana dəstək olub. Amma buna rəğmən görürük ki, satqın, xəyanətkar ermənilərdən indi də İrana qarşı istifadə olunacaq. Bir sözlə, ermənilər özlərinin çox əsrlik xəyanətkar, satqın mövqelərini yenə də davam etdirirlər. Özü də bu dəfə Qərbin ağuşuna atılaraq.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirir ki, Ermənistan dövləti və ermənilər üçün satqınlıq, xəyanətkarlıq həyat tərzidir:
“Ermənilər düzdür, müxtəlif dövrlərdə farslarla vuruşublar. Bununla bağlı guya ermənilərin farslara qarşı cəsur döyüşü barədə tablo da çəkilib. ABŞ rəsmisi Nensi Pelosi İncəsənət Mərkəzində həmin toblonun qarşısında dayanmaq və həmin məqamla maraqlanmaqla bir daha ortaya qoyur ki, ABŞ-ın əsas hədəfi İrandır.
Belədə, Pelosi də bundan sonra diqqətin İrana yönəldiləcəyini bildirir. Bu müstəvidə Vaşinqton İrana qonşu dövlətləri də ona qarşı qaldırmağa çalışır. Bu rolda çıxış edəcək qüvvə isə Ermənistan və satqınlığı həyat tərzi etmiş ermənilərdir.
Ermənilər tarix boyu hər zaman bir vaxtlar hamiləri olan dövlət və millətlərə xəyanət edərək onları satıblar. Ona görə də ABŞ tədricən Ermənistanı da Rusiyanın ağuşundan çıxarıb, anti-İran mövqeyinə yuvarlamağa çalışır”.
Amma politoloq bu məsələdə ABŞ-ın nəyəsə nail olacağını da düşünmür:
“Ermənilər buna getməyəcək. Getsələr də, yalandan söz verəcəklər, amma getməyəcəklər”.
Ermənistan başını itirib, görünən odur ki, bu “qədim millət” tarixdən dərs çıxarmaq gücünə malik deyil. Hazırda Rusiya kimi bir əjdaha ilə üz-üzə qaldığını isə tam dərk etmir. Tezliklə Pelosi “atəşfəşanlığının” bədəlini İrəvan ödəmiş olacaq, gündəmi izləməkdə davam edək!
Rüfət Sultan, Bizim.Media