Parlamentdə şəhidlərin dəfnindəki xoşagəlməz hallarla bağlı məsələ qaldırıldı

Parlamentdə şəhidlərin dəfnindəki xoşagəlməz hallarla bağlı məsələ qaldırıldı

Hazırda oxunan: Parlamentdə şəhidlərin dəfnindəki xoşagəlməz hallarla bağlı məsələ qaldırıldı

94593

Milli Məclisdə şəhidlərin dəfni zamanı rast gəlinən xoşagəlməz hallarla bağlı məsələ qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov danışıb. 

Onun sözlərinə görə, son zamanlar şəhdilərin dəfnində xoşagəlməz hallara rast gəlinir: 

“Biz görürük ki, bu hallardan istifadə olunur. Şəhidlərin dəfn mərasimlərini bəziləri sanki şouya çevirmişdilər. Mən bir neçə şəhidimizin dəfnində iştirak etdim. Orada bu halların şahidi oldum”. 

Komitə üzvü Sevinc Fətəliyeva da şəhidlərin dəfni zamanı xoşagəlməz hallardan danışıb. O bildirib ki, bu halların qarşısının alınması üçün Komitənin işləri artır: 

“Bizim cəmiyyətimizə, gənclərə deyiləcək sözlərimiz çoxdur”. (Report.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO