Səfirimiz Pelosinin İrəvana səfəri HAQDA: “O, erməni dostları ilə...”

Səfirimiz Pelosinin İrəvana səfəri HAQDA: “O, erməni dostları ilə...”

Hazırda oxunan: Səfirimiz Pelosinin İrəvana səfəri HAQDA: “O, erməni dostları ilə...”

94461

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov BBC radiosunun “The World Tonight” proqramına müsahibə verib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, müsahibə zamanı verilişin aparıcısı James Coomarasamy səfir Elin Süleymanovun Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrlə bağlı fikirlərini öyrənib.

Müsahibə zamanı səfir deyib ki, Azərbaycan ilə Ermənistan arasında hələ də sülh sazişinin olmaması belə bir vəziyyətin yaranmasına səbəb olub. Ermənistan silahlı qüvvələri həmçinin mina basdırılmasını davam etdirir:

“Təsəvvür edin ki, biz Azərbaycanın Laçın rayonuna daxil olduq və 2021-ci ildə Ermənistanda istehsal olunmuş 1300 mina aşkar etdik. Bu, əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli sazişin imzalanmasından sonra olub.”

O qeyd edib ki, “problem Azərbaycanla Ermənistanın münasibətlərinin və sülh sazişinin olmamasındadır. Həmçinin Ermənistan Azərbaycan ərazisində hərbi mövcudluğunun saxlanılmasına yönələn səylərini davam etdirir. Azərbaycan Ermənistan ərazisini işğal etməyib. Ancaq Ermənistan Azərbaycan ərazilərini 30 ildir ki, işğal etmişdi və bu, bizim uydurduğumuz bir şey deyil.”

Səfir aparıcının ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bu həftə sonu Ermənistana səfəri ilə bağlı sualına cavabında isə deyib:

“Spiker Pelosinin Kaliforniya ştatında öz seçiciləri var. Bu, zənnimcə hər şeydən əvvəl daha çox ABŞ-ın daxili siyasəti ilə əlaqəli bir məsələdir. Spiker Pelosi Ermənistana getsə, mən qəti şəkildə təklif edərdim ki, o, onları Ermənistan xalqı və dövlətinin gələcəyi barədə düşünməyə təşviq etsin, əks halda o, təcrid oluna bilər.

Bu gün Ermənistan siyasətinin məqsədi nədir? Qonşuları ilə müqavilə imzalamamaq, normallaşmağa getməmək, delimitasiya etməmək, qonşularla əbədi qarşıdurma şəraitində yaşamaq? Bu, yaxşı heç nə vəd etmir.

Demək istəyirəm ki, bu gün o, uğursuz dövlətdir. Bizə gəlincə, həqiqətən ümid edirik ki, spiker Pelosi erməni dostları ilə danışacaq və onları sülh sazişi ilə irəliləməyə inandıracaq. O, bunu edə bilər.

Baxın, biz Ermənistana təklif edirik ki, münasibətləri normallaşdıraq, sərhədləri delimitasiya edək, hamımızın birlikdə yaşayıb əməkdaşlıq etdiyimiz bir region quraq. Ermənistan etnik mənsubiyyət məsələsi, qədim xalqın mifologiyası və müttəfiqlərindən tamamilə asılı olan uğursuz dövlət haqqında daimi şikayətlərdən başqa nə təklif edir?”.

Sonda aparıcı hazırda atəşkəsin qüvvədə olduğunu və bunun davamlı ola biləcəyi barədə səfirə sual ünvanlayıb.

Elin Süleymanov isə cavabında atəşkəsin davamlı olmasına ümid etdiyini bildirib. “Prezident İlham Əliyev çıxışında qeyd edib ki, döyüşlərin cəmi 8 saat davam etməsi onu göstərir ki, nə Azərbaycan, nə də Ermənistan həqiqətən də genişmiqyaslı əməliyyat planlaşdırmayıb. Hər bir həyat dəyərlidir, hamımızın bildiyimiz kimi, 79 gəncimiz həyatını itirib”, - deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO