“Ertəsi gün Nensi Pelosi (ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri nəzərdə tutulur) Ermənistandan gedəcək və çox səs-küylü bəyanatlar olacaq. Onun Qarabağ mövzusuna toxunub-toxunmayacağı, Qarabağın erməni əhalisinin nümayəndəsi ilə görüşüb-görüşməyəcəyi Azərbaycanı narahat edən ən mühüm məsələlərdir. Əgər bu baş verərsə, o zaman ermənilərdə növbəti illüziya yaranacaq. Bu isə onları fəlakətə gətirib çıxaracaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov sosial şəbəkə hesablarında yazıb.
Onun fikrincə, ABŞ-ın birtərəfli təşəbbüsləri Brüssel formatına son qoya bilər:
“Ermənistandakı anti-Rusiya isterikası da Rusiyanı reaksiya verməyə məcbur edəcək. Nəticədə isə Rusiya kommunikasiyaların açılmasını sürətləndirəcək, Laçın və Zəngəzurda nəzarət-buraxılış məntəqəsinin qoyulması ilə razılaşacaq. Yəni proseslərdəki rolunun heç olmasa bir hissəsini həyata keçirəcək. Bu isə bütün hazırkı proseslərə mina effekti verə bilər. Sərt reaksiya təkcə Azərbaycandan deyil, Ermənistandan da gələcək”.
Politoloq hesab edir ki, Laçındakı keçid məntəqəsi bir çox mövzulara son qoyacaq:
“Bu qərar Azərbaycan-Rusiya trekindədir, üçtərəfli formatda Zəngəzur dəhlizi boyu trekdə də eyni qərar olacaq. Sülhməramlılar dəhlizdə, sərhədçilər isə Zəngəzurda xidmət edəcək.
Bu, Qarabağın tədricən və məcburi şəkildə demilitarizasiyasına gətirib çıxaracaq, Paşinyan öz xalqına kommunikasiyaların əvəzinə suverenliyi geri aldığını başa salacaq.
Tərəflər hökumətlərarası komissiya səviyyəsində sülh gündəliyi ilə danışıqlara başlayacaq. Və bu, beş prinsip əsasında sülh müqaviləsi üçün əsas olacaq”.
Fərhad Məmmədov vurğulayıb ki, Amerikanın fəaliyyətindən sonra Ermənistan rəhbərliyi destruktiv mövqe tutsa, o zaman Bakı Laçın dəhlizini təkbaşına bağlayacaq:
“Rəsmi İrəvanın Zəngəzur dəhlizindən imtinası ermənilərin Laçına sərbəst şəkildə daxil olması mexanizmlərinə son qoyacaq. Azərbaycan isə Brüssel formatını saxlamağa çalışacaq. Hansı ki, indi bu format müzakirə edilmir.”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:11 / 18.09.2022
“Pelosinin gedişindən sonra Ermənistan destruktiv mövqe tutsa, Laçın dəhlizi bağlanacaq” - Fərhad Məmmədov
Hazırda oxunan: “Pelosinin gedişindən sonra Ermənistan destruktiv mövqe tutsa, Laçın dəhlizi bağlanacaq” - Fərhad Məmmədov
Hazırda oxunan: “Pelosinin gedişindən sonra Ermənistan destruktiv mövqe tutsa, Laçın dəhlizi bağlanacaq” - Fərhad Məmmədov
94432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.