“Azərbaycan qalib olsa da, sülh istəyir” – İlham Əliyev-Putin görüşündə verilən MESAJLAR

“Azərbaycan qalib olsa da, sülh istəyir” – İlham Əliyev-Putin görüşündə verilən MESAJLAR

Hazırda oxunan: “Azərbaycan qalib olsa da, sülh istəyir” – İlham Əliyev-Putin görüşündə verilən MESAJLAR

94320

Xəbər verdiyimiz kimi, sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib. 

Görəsən, bu görüş hansı mesajlarla yadda qaldı?

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, İlham Əliyev Putinlə görüş zamanı etdiyi çıxışla Azərbaycanın sülhə, əməkdaşlığa hazır olduğu mesajını verdi: 

“Azərbaycan daima sülh çağırışlarından çıxış edib. Bu mümkün olmadıqda isə sülhün bərqərar olması üçün qətiyyətli addımlar atıb.

Sentyabrın 12-13-də baş verən erməni təxribatından sonra Azərbaycan bir daha əslində sülh istiqamətində addımlar atdı. Azərbaycan Prezidentinin bu mövqeyi Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən zirvə görüşündə də dəyişməz olaraq qaldı.
Azərbaycan Prezidenti həm öz çıxışında, həm də digər dövlət başçıları ilə çıxışında bir daha sülhə sadiq qaldığını bütün dünyaya elan etdi. 

Azərbaycan Prezidentinin bu müstəvidə keçirdiyi əhəmiyyətli görüşlərdən biri də şübhəsiz ki, Rusiya prezidentilə olan görüş idi. Putinlə söhbətdə də Azərbaycan Prezident bir daha bəyan etdi ki, region üçün sülh məsələsi əsasdır.

İlham Əliyev həmin görüşdə regionda sülhün 10 noyabr üçtərəfli bəyannaməsinin tələblərinin yerinə yetirilməsindən keçdiyini də dilə gətirdi. Bu bir daha Azərbaycanın qalib dövlət olmasına baxmayaraq, sülh istədiyinin, əməkdaşlığa hazır olduğunun göstəricisidir.
Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatında iştirak etməsi də bu niyyətin bariz nümunəsi idi”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO