İlham Əliyev:

İlham Əliyev: "İki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur"

Hazırda oxunan: İlham Əliyev: "İki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur"

94246

"Artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbyacn Prezidenti İlham Əliyev Səmərqənddə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevlə Putin arasında görüş: Sərhəddəki gərginlik MÜZAKİRƏ EDİLDİ - VİDEO


İlham Əliyev qeyd edib ki, döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb:

"Doğrudur, erməni tərəfi atəşkəs rejiminə dərhal əməl etməyə başlamadı, lakin bütövlükdə artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur. Sərhəd münaqişələri olur. Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şəraitə keçirmək mümkün olub.

Mənim indi yerlərdən aldığım informasiyaya görə, dediyim kimi, artıq iki günə yaxındır ki, vəziyyət sabitləşib. İndi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir”,- deyə Prezident İlham Əliyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO