Ermənistanın son toqquşmalarda İran PUA-larından istifadə etməsi ilə bağlı AÇIQLAMA

Ermənistanın son toqquşmalarda İran PUA-larından istifadə etməsi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Ermənistanın son toqquşmalarda İran PUA-larından istifadə etməsi ilə bağlı AÇIQLAMA

94161

Xəbər verdiyimiz kimi, sentyabrın 13-ü gecə saatlarında Ermənsitan ordusunun sərhəddə törətdiyi təxribat bölgədə irimiqyaslı toqquşmaların baş verməsinə səbəb olub. Ordumuzun cavab tədbirləri nəticəsində Ermənistan tərəfi ciddi itkilər verərək, geri oturdulub.

Bizim.Media xəbər verir ki, politoloq Əli Hacızadə tvitter hesabında Ermənistan ordusunun sözügedən döyüş əməliyyatlarında istifadə etdiyi silahlarla bağlı məlumat paylaşıb.

Onun sözlərinə görə, sərhəddə baş verən son toqquşmalar zamanı Ermənistan ordusunun İrana məxsus dronlardan istifadə etdiyini qeyd etmək üçün əsaslar var:

“Xatırladaq ki, İran və Ermənistan arasında hərbi əməkdaşlıq 2020-ci il müharibəsindən dərhal sonra intensivləşib. Maraqlı məqamsa bundan ibarətdir ki, Azərbaycan İsrail və Türkiyə istehsalı olan PUA-lardan istifadə edərkən, Ermənistan İrana məxsus dronlardan yararlanıb. Eyni zamanda Rusiyanın da Ukraynaya qarşı müharibədə İran istehsalı olan PUA-lardan istifadə etdiyi məlumdur, lakin bu, heç də uğurlu olmayıb”.

Məlumat üçün bildirək ki, Ermənistanın ordumuza qarşı İran dronlarından istifadə etməsi ilə bağlı son günlər sosial şəbəkələrdə də informasiyalar yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO