Sentyabrın 15-də Rusiya tərəfinin təşəbbüsü ilə bu ölkənin müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, tərəflər regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və digər məsələləri müzakirə ediblər.
Bizim.Media