“BMT TŞ-da müzakirələr pres-relizin qəbulu ilə başa çatacaq” – Fərid Şəfiyev

“BMT TŞ-da müzakirələr pres-relizin qəbulu ilə başa çatacaq” – Fərid Şəfiyev

Hazırda oxunan: “BMT TŞ-da müzakirələr pres-relizin qəbulu ilə başa çatacaq” – Fərid Şəfiyev

94011

“BMT Təhlükəsizlik Şurasında Azərbaycan və Ermənistan sərhədindəki vəziyyətlə bağlı müzakirələr sadəcə pres-relizin qəbulu ilə başa çatacaq”.

Bunu Bizim.Media-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev sərhəddəki vəziyyətin dünən BMT TŞ-nın qapalı iclasında, bu gün isə açıq rejimdə müzakirəsinə münasibət bildirərkən deyib: 

“Adətən qapalı görüşlərdə BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzv dövlətlərinin mövqeləri öyrənilir. Daha sonra isə proses açıq şəkildə keçirilir. Bu gün olacaq müzakirələrdən sonra gözlənilən odur ki, pres-reliz hazırlanacaq. Bu isə ümumi xarakter daşıyan bir sənəddir. Yəni məlumat xarakterli sənəddir və onun siyasi və hüquqi əhəmiyyəti yoxdur. Pres-relizdə isə ölkələrin və Təhlükəsizlik Şurasının ümumi mövqeyi əks olunur”. 

F. Şəfiyev sözügedən mövzu ilə bağlı TŞ sədrinin bəyanatla çıxış edəcəyini və hər hansı bir qətnamənin qəbul ediləcəyini isə düşünmür: 

“Azərbaycan Ermənistan sərhədindəki vəziyyətlə bağlı ikinci reaksiya Təhlükəsizlik Şurası sədrinin bəyanatıdır ki, o da gözlənilmir. Amma hansısa bir hadisəyə ən yüksək reaksiya qətnamənin qəbul edilməsidir. Hansı ki, qətnamə qəbulu beynəlxalq hüquq baxımından məcburi xarakter daşıyır. Halbuki Azərbaycanın tələbilə vaxtilə qəbul edilən 822, 853, 874 və 884 saylı 4 qətnamə icra olunmadı. İki ölkə arasında toqquşmalar davam edərsə, BMT TŞ-nin məsələ ilə daha ciddi məşğul ola, hər hansı bir bəyanat da verə bilər. Amma görünən odur ki, atəşkəs demək olar ki, bərqərar olunmaqdadır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO