Nuru Paşanın Bakıya girməsi üçün Osmanlı dövləti nələri qurban verib? – Hasan Oktayın AÇIQLAMASI

Nuru Paşanın Bakıya girməsi üçün Osmanlı dövləti nələri qurban verib? – Hasan Oktayın AÇIQLAMASI

Hazırda oxunan: Nuru Paşanın Bakıya girməsi üçün Osmanlı dövləti nələri qurban verib? – Hasan Oktayın AÇIQLAMASI

94000

Bu gün Nuru paşanın Bakını erməni-bolşevik birləşmələrinin işğalından azad etməsinin 104 ili tamam olur.

Mövzu ilə bağlı qardaş Türkiyədən, Qafqaz Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay Bizim.Media-ya geniş açıqlama verib.

O bildirib ki, bu gün müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhidlər verdiyi bir məqamda Nuru Paşanın Bakıya daxil olmasının 104-cü ildönümünün yad olunması çox əhəmiyyətlidir.

“Tarixə nəzər salsaq görərik ki, 1918-ci ildə Osmanlı İmperiyası özünün ən çətin dövrlərdən birini yaşayırdı, lakin buna baxmayaraq tez bir zamanda Nuru paşanın rəhbərlik etdiyi ordu bölgəyə gəldi və erməni-bolşevik birləşmələri tərəfindən Azərbaycan türklərinə qarşı törədilən etnik soyqrıma son qoyuldu.1918-ci ildə Osmanlı ordusunun buraya daxil olması heç də göründüyü kimi asan deyildi. O  zamankı Osmanlı rəhbərliyi bu bölgəyə daxil olmaq üçün öz müttəfiqləri ilə anlaşmada təbii ki, nələrisə qurban vermişdi və can verməyi gözə almışdı”.

Həmin şanlı tarixin bu günə kimi unudulmamasından danışan ekspert, hadisəni məhz bu şəkildə izah edib:

“Nuru paşanın ordusunun bura gəlməkdə əsas məqsədi soyqrıma son qoymaq və buradakı qardaşlarımızı sahiblənmək idi. Bəzi tarixi mənbələr qeyd edir ki, o zaman Osmanlı və Britaniya arasında Azərbaycanın bir daha belə soyqrımlara məruz qalmaması üçün Osmanlıya qatılması mövzusunda danışıqlar olmuşdu. Amma burada müstəqil “Azərbaycan Xalq Cümhuriyyəti” yarandığı üçün Osmanlı bu ərazini nə özünə birləşdirdi, nə də buranın Britaniyanın nəzarətində idarə olunmasına razı oldu. Bir növ Cümhuriyyətin müstəqilliyini sayğı göstərdi və təbii ki, Cümhuriyyət də Osmanlının lehinə olan bəzi addımlar atmaqla qardaşlığa sadiq olduğunu nümayiş etdirdi”. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO