“Dövlət katibi Entoni Blinken, səfir Filip Riker, Dövlət katibinin köməkçisi Karen Donfrid və Dövlət Departamentinin digər rəsmiləri Ermənistan və Azərbaycanla, digər maraqlı tərəflər və tərəfdaşlarla bir sıra danışıqlar aparıb”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
O vurğulayıb ki, diplomatik çərçivədə fəaliyyət davam etdiriləcək:
“Biz bu toqquşmalara son qoyulması və gərginliyin azalması üçün ikitərəfli və çoxtərəfli əsasda əlimizdən gələni etməyə hazırıq”.
Ned Prays gərginliyin hərbi yolla həllinin mümkün olmadığını xatırladıb:
“Biz hər iki tərəfi gələcək hərbi əməliyyatlardan çəkinməyə, dialoq və diplomatiyaya dönməyə çağırmışıq. Bu istiqamətdə işləməyə davam edirik”.
Ned Prays deyib ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri, səfir Riker Bakıda yüksək səviyyəli görüşlər keçirib, Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə dövlət katibinin köməkçisi Donfrid Azərbaycanın xarici işlər naziri Bayramovla telefon əlaqəsi saxlayıb:
“Biz Cənubi Qafqazın dinc və firavan gələcəyini təşviq etmək üçün əlimizdən gələni etməyə sadiq qalırıq”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:33 / 15.09.2022
ABŞ sərhəddə gərginliyin azalması üçün əlindən gələni etməyə hazırdır - Dövlət Departamenti
Hazırda oxunan: ABŞ sərhəddə gərginliyin azalması üçün əlindən gələni etməyə hazırdır - Dövlət Departamenti
Hazırda oxunan: ABŞ sərhəddə gərginliyin azalması üçün əlindən gələni etməyə hazırdır - Dövlət Departamenti
93959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.